Kartımla internet vasitəsiylə ödəmə aparıblar

Salam. Mən 3 ay əvvəl  internet vasitəsiylə dəyəri 10 manatı aşmayan ödəmə etmişdim və bugünədək başqa heç bir əməliyyat aparmamışam .  2 aydır kartımdan pul çəkmirəm. Amma tez-tez kartımı yoxlayırdım, pul var idi. Dünənsə pul çəkmək istədikdə kartımda cəmi 1 azn məbləğində pul olduğunu gördüm. Banka e-mail yazdım və mənə kartımdakı pulların internet vasitəsiylə aparılan ödəməyə getdiyini dedilər. İndi mən nə etməliyəm?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Yuli (2013-09-12 11:14:16)
Həmin saytdan edilib, bank özü belə dedi. Deyəsən, tək çarəm kartı yeniləməkdi. Təşəkkür.

Bextiyar Azeroglu (2013-09-11 23:43:42)
əgər kartınızla online alış-veriş olunubsa artıq gecdi. Bir tanışın başına gəlmişdi. sizə yalnız banka müraciət edib kartınızın seriya nömrəsini dəyişdirə bilərsiz. Əgər pulunuzun hansı ünvandan istifadə olunduğunu öyrənmək istəyirsinizsə bankda əlavə ərizə yazırsız (bu xidmət pulludur) 2ay ərzində ünvanı tapırlar. amma buna dəyməz. böyük ehtimal hansısa internet klubdan ediblər.

Yuli (2013-09-09 20:18:34)
Minnətdaram.

Togrul Memmedov (2013-09-09 19:31:18)
salam kartinizi aldiginiz bankdan pullarin hansi hesaba yuklendiyini oyrene bilersiniz deqiq bilmirem mumkunse odemeni geri qaytara bilersiniz

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

NikoilKart-a güvənməkl lazımdır?

Hansı bankın debet kartı ucuz ve keyfiyyetlidi