Saytın başqa severə köçürülməsi və yeni domen adı ilə istifadə

Mən wordpress saytımı başqa serverə köçürmək istəyirəm. Saytı adi qaydada yeni aldığım serverə köçürmüşəm. Ancaq əvvəlki domenlə yox yeni domen adı ilə işləməsini istəyirəm. Database-ni də köçürmüşəm.yeni MYSQL user yaradaraq database-yə əlavə etmişəm, həmçinin WP-config faylında da dəyişiklik etmişəm ancaq sayt işləmir.

Brauzedə domen adın yazanda belə bir yazı çıxır: Error establishing a database connection.

Xahiş edirəm bu barədə bilənlər ətraflı cavab yazsınlar.

Əvvəlcədən təşəkkür edirəm

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2013-09-18 09:43:09)
Hər şey dediyiniz kimi olsaydı bu səhv çıxmazdı, əmin olun. Bəlli ki hansısa addımda boşluq buraxmısınız. hostname = localhost olur əsasən, wp-config-də onu check edin, username, db name, parol - bunların hər üçünün dəqiq olduğuna əmin olun, phpmyadmin-dən girin eyni user parolla, görün açırmı? Açdığına əmin olun sonra davam edin. Bu səhv aradan qalxandan sonra artıq problem qalmayacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Java – internet səhifəsinin açılması

Plugin məsləhət

Google domenləri

WordPress’də məqalə post edərkən avtomatik sosial şəbəkə hesablarında paylaşılma üçün plug-in varmı?

WordPress yazısını embed etmək

FTP haqda qısa məlumat verərsiniz?