azeripoçt rüsum haqqında

Salam. Azeripoçtan gələn rəsmi cavabi sizə təqdim edirəm,çoxunuza faydasi dəyər,bilən varsa burdakıları açıqlasin.yani ki,kiçik paket,böyük paket ve.s.-ni açiqlayin zəhmət olmasa Hörmətli cənab!  Sizin “Azərpoçt” MMC-nin elektron poçtuna ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, 16.05.2013-cü il tarixdən beynəlxalq poçt göndərişlərinin gömrük nəzarətinə təqdim edilməsinə görə poçt şöbələrində alınan xidmət haqlarına dəyişikliklər olunmuşdur. Belə ki, bu xidmət üzrə müvafiq rüsumlar göndərilən beynəlxalq kiçik paketin hər biri üçün 0,80 manat (əvvəlki tarif 0,60 manat), göndərilən beynəlxalq bağlamanın hər biri üçün 1,00 manat (əvvəlki tarif 0,80 manat),  daxil olan beynəlxalq kiçik paketin hər biri üçün 1,40 manat (əvvəlki tarif 0,80 manat) və daxil olan beynəlxalq bağlamanın hər biri üçün 2,00 manat (əvvəlki tarif 1,20 manat) məbləğində müəyyən edilmişdir. Tam tarif paketi barədə ətraflı məlumatı “Azərpoçt” MMC-nin www.azerpost.az saytından əldə  edə bilərsiniz. Tariflərə olunmuş son dəyişikliklər tarif paketinin “Digər poçt xidmətləri üçün tariflər” hissəsində (II hissə) “Poçt göndərişlərinə dair özəl və əlavə xidmətlər üçün tariflər” bölməsinin (4-cü bölmə) “Beynəlxalq poçt göndərişinin gömrük nəzarətinə təqdim edilməsi” maddəsinin (9-cu maddə) 1-ci və 2-ci bəndlərinin 1.1, 1.2, 2.1 və 2.2 yarımbəndlərində öz əksini tapmışdır. Xidmətlərimizdən istifadəyə görə təşəkkür edirik. Hörmətlə, Mübariz Cəlilov Keyfiyətə Nəzarət Şöbəsinin rəis müavini "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyət Ü.Hacıbəyov küçəsi 72 Bakı, Azərbaycan AZ1000 İş: (012) 493 56 00 daxili (291) Faks(012) 498 79 11 e-mail: mcalilov@azerpost.az  

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

gunay1 (2014-02-03 20:12:24)
daha sonra ətraflı izah verdilər, Kiçik paketin maksimum çəkisi 2 kq, bağlamanınki isə 30 kq ola bilər. Gömrük nəzarətinə təqdim edilmə rüsumu çəkidən asılı olmayaraq kiçik paket üçün 1,40 manat, bağlama üçün isə 2,00 manat müəyyən edilmişdir. Əgər kiçik paketin çəkisi 500 qramdan artıq olarsa (yəni 500 qramla 2 kq arasında), onda digər rüsum da (0,60 manat) əlavə olaraq alınır. Deməli kiçik paketin çəkisi 500 qramadək olduqda yalnız gömrük nəzarətinə təqdim edilmə rüsumu (1,40 manat) alınır. Kiçik paketin çəkisi 500 qramdan artıq (2 kq-dək) olduqda isə əlavə 0,60 manat da verilmə rüsumu alınır, Cəmi 2,00 manat. Bağlama üçün isə çəkidən asılı olmayaraq həmişə 2,00 manat məbləğində yalnız gömrük nəzarətinə təqdim edilmə rüsumu alınır. Kiçik paketlə bağlamanı ştrix-kod nömrələrinin 1-ci simvoluna görə fərqləndirmək olur. Belə ki, kiçik paketin ştrix kod nömrəsi “R” (sifarişli üçün) və ya “S” (sadə üçün) hərfi ilə başlayır. Bağlamanın ştrix kod nömrəsi isə həmişə “C” hərfi ilə başlayır. Bir daha xatırladıram: gömrük nəzarətinə təqdim edilmə rüsumu ilə verilmə rüsumu arasında heç bir əlaqə yoxdur. Birinci rüsum həmişə alınır (kiçik paket üçün 1,40 manat, bağlama üçün 2,00 manat), ikinci rüsum isə yalnız çəkisi 500 qramdan artıq olan kiçik paket üçün alınır. Ümid edirəm hər şey aydın oldu. Təşəkkür edirəm.

gunay1 (2014-02-03 20:11:27)
mən də onlara yazdim ki, bu məbləğ hansı qanuna əsasən tutulur. mənə yazdılar ki, Sizin 02.02.2014-cü il tarixdə “Azərpoçt” MMC-nin elektron poçtuna göndərdiyiniz sorğuya cavab olaraq bildirilir: Mövcud qanunvericiliyə əsasən ölkəyə daxil olan və ölkədən çıxan hər bir gömrüklü poçt göndərişi beynəlxalq poçt işləmələri mərkəzində gömrük nəzarətindən keçirilir. Poçt göndərişi alıcıya verilərkən ondan tutulan məbləğ də məhz gömrüklü poçt göndərişinin gömrük orqanının nəzarətinə təqdim edilməsi ilə bağlı poçt işçisinin yerinə yetirdiyi işin haqqıdır. Gömrüklü poçt göndərişlərinə əşya və ya mal tərkibli beynəlxalq bağlamalar və kiçik paketlər aid edilir. “Azərpoçt” MMC-nin qüvvədə olan tariflərinə əsasən beynəlxalq poçt göndərişlərinin gömrük nəzarətinə təqdim edilməsinə görə poçt şöbələrində alınan xidmət haqları çəkisindən və dəyərindən asılı olmayaraq, daxil olan beynəlxalq kiçik paketin hər biri üçün 1,40 manat və daxil olan beynəlxalq bağlamanın hər biri üçün 2,00 manat məbləğində müəyyən edilmişdir. Tam tarif paketi barədə ətraflı məlumatı “Azərpoçt” MMC-nin www.azerpost.az saytından əldə edə bilərsiniz. Sözügedən tariflər tarif paketinin “Digər poçt xidmətləri üçün tariflər” hissəsində (II hissə) “Poçt göndərişlərinə dair özəl və əlavə xidmətlər üçün tariflər” bölməsinin (4-cü bölmə) “Beynəlxalq poçt göndərişinin gömrük nəzarətinə təqdim edilməsi” maddəsinin (9-cu maddə) 2-ci bəndinin 2.1 və 2.2 yarımbəndlərində öz əksini tapmışdır. Çəkisi 500 qramdan artıq olan kiçik paketin poçt şöbəsində verilməsi zamanı beynəlxalq qaydalara əsasən əlavə olaraq 0,60 manat məbləğində verilmə rüsumu alınır (4-cü bölmə, 6-cı maddə, 6.3 bəndi). Əlavə olaraq bildirilir ki, poçt şöbəsində aparılmış istənilən ödənişə görə müştəriyə mütləq qaydada üzərində məbləğ qeyd olunmuş və təqvim möhürü vurulmuş ciddi hesabat qəbzi (kompüterdə çap olunmuş çıxarış) təqdim olunmalıdır. Xidmətlərimizdən istifadəyə görə təşəkkür edirik. Hörmətlə, “Azərpoçt” MMC-nin Poçt analizi şöbəsinin rəisi Nüsrət Səmədov

E. Hacı (2013-12-03 21:24:42)
Sərhədden bəri sizə çatdırmani Azərbaycan poçtu edir və qanuni rüsum alır 1.40azn

Ayyo (2013-12-03 20:26:06)
mənim anlamadığım odur ki, bu ödənilən 1.40 AZN-in qanuni adı nədir??? Gömrük rüsumu deyirlərsə, "ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kiloqramdan artıq olmayan malları aldıqda (göndərdikdə) qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər." - bu var qanunda. Yox əgər başqa bir şçeydirsə, onda niyə gömrük baxışı pulu deyirlər???

E. Hacı (2013-10-02 20:38:31)
Sayt ikt sual cavab sistemidir. Bu tip sualları eBay ilə əlaqəsi olduğuna görə bəzən qəbul edirik. Amma bu o demək deyil ki poçt rüsumları ilə bağlı suallar bu sayta aiddir. Poçtun rüsumu hara, İnformasiya Texnologiyaları hara. Ona görə də cavablanmaması təəccüblü deyil məncə

Ebayman (2013-10-02 17:33:08)
mən başa düşdüm.demeli qebul edilən hər paketə görə 1.40 qəpik ,bağlamaya görə isə 2 azn verəcəyik.başa düşmədiyim bir şey var ki paket hansi ölçüdə olur bağlama hansi ölçüdə?

Ebayman (2013-10-02 17:15:03)
Azərbaycan Respublikasına gələn poçt bağlamalarına hansı gömrük vergi və rüsumları tətbiq edilir? Azərbaycan Respubilkasına gələn poçt bağlamalarına hansı gömrük vergi və rüsumları tətbiq edilir? — Respublikanın gömrük ərazisinə gətirilən mallara gömrük vergi və rüsumları Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə» 22.12.2003-cü il tarixli 161 nömrəli və «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 31.01.2005-ci il tarixli 11 nömrəli qərarları ilə tətbiq edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»nın 2.1.2. yarımbəndinə əsasən fiziki şəxslər beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kiloqramdan artıq olmayan malları aldıqda (göndərdikdə) qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər. MƏN ELƏ BAŞA DUSURƏM Kİ 20 KG AZ OLAN MALA RUSUM TUTULMUR

Ebayman (2013-10-02 17:05:23)
adminlər şərh yazin

ForeverKinG (2013-10-01 03:34:11)
1 Kq dan aşağı yada yuxarı qiyməti necədir? çəkisi ilə müəyyən edilmir? başa düşmürəm 1kq mala nəqər vermək lazımdır 1kqdan aşağı mala nəqədər