Turbo.az kimi sayt

Salam, turbo.az kimi sayt neçəyə yığdırmaq olar? Rusların freelanser saytında 200 dollar təklif verdim bir günə 4-5 təklif gəldi stop elədim proyekti. Sonra onların 2si ilə danışdım, sıfırdan yığacaqlarını dedilər turbo kimi sayt. Bu düzgün ola bilərmi ? Yəni bu qiymətə mümkün olar o sayt ? Bəs Azərbaycanda ən ucuz neçəyə yığarlar həvəskarlar ?

 

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

camal16 (2013-10-22 12:04:11)
qiymeti gonderin zehmet olmasa teklif etdiyim layihe ucun minimal mebleg ne qederdi ?

E. Hacı (2013-10-22 00:53:30)
SEO əslində şişirilmiş vacibiyətli bir anlayışdır. Saytın, daha doğrusu layihənin uğur qazanması onlarla amildən asılıdır (layihə, planlama, investisiya, marketing, ideya, realizasiya, brend, Uİ, funksionallıq, SEO və.s. və ilaxır) SEO burada dəryada bir damladır.

Elmaddin (2013-10-21 18:19:01)
E. Hacı siz onu sadə məlumatları olan insanlara deyə bilərsiniz.Hamımız bilirik ki,saytın uğur qazanması SEO idarəetməsindən asılıdır.Bəzən ən axırıncı dizayna malik bir sayt güclü SEO və matreallar əsasında googleda ilk sıralarda olur.

Elmaddin (2013-10-21 18:13:42)
Saytın sıfırdan yığılıb yığılmaması onun keyfiyyətinə təsir etmir yəni kod baxımından.Fərq dizaynda olmalıdır təbii ki dizayn yeni olmalıdır(Template) bu cür saytı 150 AZN mən yığaram amma domen və hostinq xərcləri müştəriyə aiddir.Əlaqə üçün:elmaddin.abbasov@box.az .

E. Hacı (2013-10-19 08:43:51)
Siz düz başa düşmədiniz. Saytın cms ilə ya framework ilə yazılması sıfır əhəmiyyətlidir. Yekun nəticənin necə olmasıdır əhəmiyyətli olan. Məsələn hər hansı cmsdə hazır plugin tapıb düz qoş edib 100$a hazırlanan sayt əlbəttə ki lazımsız bir şey olacaq və elə sayt uğur da qazana bilməyəcək. Sıfırdan isə yazmaq artıq peşəkara tapsirilmalidir. Əgər sırf sizin üçün yazırsa baha olacaq, yəqin ki azı 1500 və daha yuxarı. Framework ilə də fərq etmir, eyni qiymətlər olacaq. Cms ilə isə əla nəticəni bir qədər ucuz da edə bilərlər. Amma təkrar edirəm cms ilə etmək o demək deyil ki hazır theme tapıldı vəssalam rəngini orasını burasını düzəlt və sayt hazır. Beləsini 200$a da edən tapılar, 500$a da, hətta bəlkə 50$a da. Amma elə saytın ömrü də hazırlandığı müddət qədər olar. Yani mənim demək istədiyim əsas Məsələ budur ki, uğur qazanmasına ümid edilən ciddi layihə ciddi və peşəkar, ürəklə pul xərclənilen layihə olmalıdır. Əksinə ümid etmək, ay pulsuz düz qoş etdirim, ay 100$ verim kimsə mənə qursun və o sayt məsələn turboazdan daha popular olsun, bunlar xülyadır.

NModern (2013-10-19 01:46:41)
qane edirmi?

NModern (2013-10-19 01:46:17)
mobistore.az 0-dan yigmişam, istənilən qədər əlavələr də edə bilərəm, özüm yazdığım CMS üzərindədir.

camal16 (2013-10-18 16:17:42)
Bəs normal bir sayt neçeye hazırlatmaq olar ən ucuz ? İstifadəçiyə əsas funksiyalardı, adi user nə bilir bu hansı yolla proqramlaşdırılıb ? Nə fərqi varki onunçün hazır CMS ilə qurulub və ya sıfırdan ? 10-15 dənə avto saytı var Azərbaycanda. Demək olar hamsı unikal skriptlərdi amma layihə olaraq 1qəpiklikdi. Çünki işləyə bilmirlər, düzgün ideya əsasında qurulmuyub. Hər il o qədər Start-up olur, o qədər pullar tökülür ama 2ildən çox işləyən bir sayt tək-tükdü. Məncə əsas funksionallıqdı, kodlaşdırmanın nə şəkildə olunduğu vacib deyil. Bu beynəlxalq və ya dövlət səviyyəli bir sayt deyilki.

E. Hacı (2013-10-18 11:06:02)
Hazır CMS modullarla o qiymətə yığa bilərlər bəli, həm burda, həm ruslarda. Amma keyfiyyət sözsüz ki aşağı olacaq. Ucuz ətin şorbası olmaz, elə saytla heç bir uğur da qazanmaq olmaz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Avtomobil ehtiyat hissələri

Facebook avto like