ebook ilə hər kitabı oxumaq olur?

Salam mən ebook reader alamaq istəyirəm amm bilmirəm orda hər kitabı oxumaq olurmu ya nece ? meselen men Çərpələng uçuran"nın elektron versiyasın Azərbaycan dilində tapa bilmədim internetdən bes ebookda nece oxuya bilərəm ?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2013-10-20 12:17:00)
Tək yol bu skanerdir, onda da başqa problem çıxacaq. 1. Şəkil kimi pdf saxladıqca iri ölçülü, kiçildilə bilməyən səhifəli pdf olacaq və onu ancaq kompüterdə oxumaq mümkündür. Ebook-larda skroll yaranacaq və oxumaq tam müşkülə çevriləcək 2. Skanerdən mətn kimi saxlamaq, bunu da FİneReader kimi proqramlar edir, amma o da məlumdur ki belə olanda bir kitabda minlərlə hərf səhvi olur. Ya onu gözə almaq lazım, ya da oturub düzəltmək lazım. Bu metod bir ebook maker üçün əladır və əllə mətn yığmaqdan 100qat az zəhmət tələb edir, amma bir oxucu üçün tam əlverişsiz bir metoddur, bir kitabı oxumaq üçün hədsiz çox zəhmət sərf edilmiş olur.

Əkbər (2013-10-19 13:49:11)
Salam. Elektron Kitablarda əsasən PDF , EPUB kimi format kitabları oxumaq mümkündür. Əyər səndə kağızda olan məqaləni elektron kitabında olmaqını istəyirsənsə onda bir azca əziyyət cəkib SKAYNER vasitəsiylə kağızın şəkilini cəkmək və komputerde onu PDF formata salıb, elektron kitabına yükləsən oxumaqın və faydalanmağın mümkündür.

E. Hacı (2013-10-19 11:47:12)
Kağızı elektron ilə oxumaq istəyirsiniz? :) əgər internetdə hər hansı elektron formatda varsa onu ebookun dəstəklədiyi tipə çevirmək asan məsələdir. Calibre proqramı bunu edir məsələn. Amma heç yerdə yoxdursa day neynəmək olar ki, ya başqa dildə tapmaq lazım, ya da kağızdan oxumaq lazım.