Payoneerdən kart sifarişi

Salam dostlar. Mən payoneerdən kart sifariş etmişəm. Məqsəd paypal hesabımı xarici kartla qeydiyyata salıb problemsiz pul transferi, həmçinin virtual bazarlıq etməkdir. Mənə maraqlı olan kart gələndən sonra paypalın təsdiq üçün göndərdiyi kodu necə əldə edə bilərəm? Kart amerikadan gəlir və yəqinki virtual olaraq təsdiqləməyin yolları olacaq? Kimsə bu haqda nəsə bilirsə xaiş edirəm məlumatlandırsın..

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

black_09 (2013-10-22 23:33:34)
aydındı. məlumatlar üçün bir daha təşəkkür edirəm

E. Hacı (2013-10-22 23:31:04)
Yox, yaranmaz, Master Card dəstəyi var

black_09 (2013-10-22 23:27:50)
Çox sağolun. Bəs bucür kartlarla bankamatlardan pul çəkərkən hər hansı problem yaran bilər? yəni bankın dəstəkləməməsi yaxud əlavə nəsə?

E. Hacı (2013-10-22 23:15:50)
Vaxtilə bunu etmişdim, payoneer kartım da var, amma son anda hardasa əngəl yarandı, prosesi tamamlaya bilmədim. Yadında deyil nə əngəl idi, amma nə idisə alınmırdı onu yerinə yetirmək. Siz kartı əldə edin, sonra saytlarında proseduru tamamlamağa cəhd edin. Əgər tamamlaya bilsəz bu pinkod asan məsələdir, elə payoneer.com-da yazılacaq tranzaksiya bölməsində.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Paypal.com haqqında 1-2 sual

2Checkout

Paypal aktivasiya kodunu hara daxil edim?

Plastik kartdan pul çıxartdım

PayPal və IP ünvan

Paypal Hesab