Telefon Seçimi

Salam çox xahiş edirəm telefon seçimində mənə yardımçı olasınız.

Bu Telefonlardan Birini Almaq istəyirəm sizcə hansı problemsiz telefondu

  • Samsung Galaxy Note 3
  • İphone 5 
  • Samsung Galaxy Mega 6.3 

Əvvəl ən çox s3 modelini istəyirdim aldım o telefonu ama 3 aydan sonra donmağa başladı lap əsəpləşdirir adamı

sonra iphone 4s aldım ama ekranı mənim üçün balaca gəldi indi istəyirəm iri ekranlı tel alım 

siz mənə hansını məsləhət görərsiz  mən hal hazırda ən çox Note 3-ü bəyənirəm böyük olması mənim üçün problem deyil 

Note 3-ün qiyməti 749 azndı indi bu qiymətə bu teli almaqa dəyər donma problemi yoxdu görəsən

xahiş edirəm hrə öz fikrini yazzsın..

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Ismayil Namazov (2013-10-23 14:57:27)
Çox Sağ Olun Yardımçı Olduğunuz üçün...

E. Hacı (2013-10-23 09:58:28)
Samsung S4 və ya Note 3 aparat olaraq mükəmməl cihazlardır. Donma yəqin ki yoxdur. S3-də də olmamalı idi e, S3-ün əla aparat təminatı var. Sadəcə təəssüf ki, Samsung pure Android əvəzinə Touchwiz adlanan lazımsız Uİ-dən istifadə edir, bütün donmaların səbəbi də budur. Google rəsmən S4 üçün pure Android buraxır, S4 alıb bir iki əməliyyatla sistemini tam silib tərtəmiz Google Android yazmaq və ideal cihaz kimi istifadə etmək olar. Amma öz üsntündə gələnlə də məncə donma olmaz, S3-dəki səhvlərdən nəticə çıxarıblar. Note 3 də məsləhətlidir əgər qiymət və ölçü sizi qane edirsə, digər məsələləri əladır. iPhone 5 sizi qane etməyəcək, çünki ekran sadəcə dartılıb uzadılıb, en həmin endir və ona görə də daha bərbad bir ekran alınıb. Digər modellərlə də maraqlanın, Xperia Z1, LG Optimus G2, HTC One kimi gözəl cihazlar var satışda. Ümumiyyətlə hazırını aldıqda ən yüksək performanslı Android cihaz Google LG Nexus 4-dür (sabah USA-da Nexus 5 təqdim edilməlidir yeri gəlmişkən) sistemini dəyişməklə isə HTC One və Galaxy S4-ü də yxuarıda dediyim kimi təmiz Android yazmaqla Nexus 4 kimi ideal hala gətirmək olur.