forwardo ve shipito

salam,forwardo.com ve shipito.com sayti haqqinda etrafli məlumat öyrənmək istəyirəm,bu saytlar virtual poçt xidmətidir???elədisə nə dərəcədə güvənlidir?və həmin sistemlə mən zakazimi o sayt vasitesiylə digər bir ölkəyə göndərə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2013-10-29 17:35:21)
Hər bir saytın problemləri haqda həmin saytın Contact və ya support bölməsindən və ya telefon nömrəsindən xəbər almaq olar. Qaldı faizə, əlbəttə, səhv etmirəmsə çəkiyə görə rüsumları var usa2baku,Shipito və.s. tipli şirkətlərin

ToTo (2013-10-29 17:08:55)
Allah razi olsun sizden..bes hemin saytlar her hansisa faiz tutur ? birde men hemen saytdan qeydiyyatdan kecmek ve istifade etmek ucun daha etrafli melumat hardan elde ede bilerem?

E. Hacı (2013-10-29 13:07:50)
Xaricdən bir çox mallar var ki Azərbaycana göndərmir. Bu mənada ən əsası lazım olur. Məsələn amazon 99% mal bura göndərmir. Digər məsələ isə qiymət və müddətlə bağlıdır. Bura baha göndərə bilən malları o yolla daha ucuz əldə etmək olur, və ya bir neçə malı birləşdirib bir qutu kimi daha ucuz əldə etmək olar və s

ToTo (2013-10-29 11:13:11)
bildim coxsagolun ama bir sual daha var yeni ne ferq edir xaricden aldigim mali ora gonderim ordanda ozume?? vaxta gore serf edir ya neye gore?

E. Hacı (2013-10-29 06:34:52)
Bəli güvənilirdir, burdan göndərmək yox, burdan elə adam poçt ilə göndərin və ya təcili və ya etibarlı göndəriş üçün DHL Bakı ofisinə müraciət edin. Shipito göndərmək üçün yox, Azərbaycana gəlməyən malları onlar vasitəsilə gətirmək üçündür. Yani siz malı hansısa saytdan alıb ora gonderirsiz, onlar da sizə göndərir. Və ya istəyirsiz digər başqa bir ölkəyə göndərir xaricde kiməsə hədiyyə etmək istəsəz, onlarçün fərq etməz. Vəssalam.