Android üçün Azərbaycan naviqasiyası

Salam. Mənə navigasiya lazımdır android üçün hansıki Azərbaycanın yaxşı təsvir olunsun (poilər, küçələr, radar və s.)

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Shaiq (2014-05-17 00:28:36)
Salam qaqas hardan yukledin?

lemark (2013-11-05 21:51:55)
men bilmirem burda niye azeri sayti yazanda silirler. reklamdi deye? ebay reklam deyil? google da yazin efiraz.com navigator .................... vsyo. programi pulsuz sindirlilmis sekilde yukleyib istifade edin

E. Hacı (2013-11-05 00:37:29)
Cityguide özündə Azərbaycan rəsmi dəstəyi yoxdur mən bilən, az map caspian navtel tərəfindən hazırlanıb və satılır. Ən xırda obyektlərə qədər hər şey var bildiyiniz kimi, üstəgəl proqramın tam Azərbaycan dilində yazıli və səsli tərcüməsi. Deməyim o ki əgər siz başqa map yox(yəqin ki başqa map heç yoxdur bizim dildə cityguide üçün) məhz onu istifadə edirsinizsə lisenziya əldə etməyiniz yaxşı olardı :)

Musfiq (2013-11-04 21:01:51)
bağışla qaqa bayaq saytda android zad görmədim hirsləndim üstəlikdə playstora çaşıb caspian navtel yazmışam heçnə görmədim deyə . Baxacam amma ki navitel nədənsə xoşuma gəldi

Mehman Elxanoglu (2013-11-04 20:11:45)
City Guide Android üçün deyil?! Bilmirəm Siz nəyi nəzərdə tutursunuz, City Guide proqramının rəsmi saytında Android dəstəyinin olduğu açıq şəkildə yazılıb, Androidin Play Marketində də City Guide yazsanız adıçəkilən proqramı tapa bilərsiniz. Mən özüm də 6 aya yaxındır ki, öz telefonumda (həm Galaxy S3, həm də Tab 3-də) City Guide-dən istifadə edirəm və Sizə də məsləhət görərdim :) Sitat: "bir proqramınki yaxlamaq olmursa o nə proqramdı" Açığı bu cümlənizi anlamadım, "proqramın yaxlanması" nə deməkdir?! :) Yəqin tələsik nəsə yazmaq istəmisiniz ona görə bir az anlaşılmaz olub... Qaldı ki, Navitelə... Gözəl proqramdır, xəritələri pulsuz yükləmək olur, ancaq axtarışın zəif olması, "məşhur" yerlərin az olması, marşrut xəttinin "kobud" olması və GPS dəqiqliyinin az olması (səhv etmirəmsə, ± 20m) məni ödəniş edib, City Guide seçməyimə səbəb oldu. Seçim yenə də Sizindir...

Musfiq (2013-11-04 16:08:52)
sağol qaqa yüklədim çox super proqramdı üstəlik sygicdəndə yaxşıdı Poilər, yollar, radarlar hamısı gözəldi yeri var

Musfiq (2013-11-04 16:07:07)
siz deyən proqram android üçün deyil axı sualı birdə oxuyun zəhmət olmasa. bir proqramınki yaxlamaq olmursa o nə proqramdı

lemark (2013-11-04 03:29:44)
En yaxsi naviqator en super qrafikaya malik naviqator Naviteldi. Android ucundu. 1ci ay pulsuzdu. 1 aydan sora ise 30AZN!! City guide ise nisbeten zeifdi. Tamamile pulsuz olarag yukleyib istifade ede bilersiz. Azersel bu progarami pulla satir. Hem android hem de Symbian ucun!!

E. Hacı (2013-11-04 00:11:23)
Cityguide üzərində qurulan Caspian Navtel var, ən yaxşı odur birmənalı. Amma 19 azn-dir lisenziyası