gömrük rüsumu qaydalarında dəyişiklik haqqinda

Azərbaycan Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nı təsdiq edib.

    salam aşağida göstərir ki qanun qüvvəyə minəndə ayda 1000 dollarliq mal gətirmək olacaq,bu belədirmi?                                                                                                                                                                                                                                          Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qaydalara əsasən, fiziki şəxslər tərəfindən daşınan, istehsal və ya kommersiya istifadəsi üçün nəzərdə tutulmayan malların (əgər onlardan aksiz vergisi tutulmursa) ümumi məbləği 1,5 min ABŞ dolları ekvivalentindən artıq deyilsə, həmin mallar sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilə bilər (gömrük rüsumu tutulmur). Yetkinlik yaşına çatmayan hər bir müşayiət edən şəxs üçün 500 ABŞ dolları ekvivalenti həcmində əlavə məbləğ müəyyənləşdirilib.
18 yaşına çatmış hər bir fiziki şəxsin maksimum 3 litr alkoqollu içki və 600 ədəd siqareti maneəsiz olaraq gömrük sərhədindən keçirmək hüququ var.
 
Bundan başqa, təsdiq edilmiş qaydalara əsasən, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar da rüsumlardan azad edilir.
10 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla) və 125 qrama qədər nərə cinsli balıq kürüsü sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilə bilər.
 
Avtonəqliyyat vasitələr, 1500 ABŞ dolları ekvivalentindən artıq qiymətli metallar və qiymətli daşlar, 10 000 ABŞ dolları ekvivalentindən artıq valyuta və qiymətli kağızlar və gömrük sərhədindən keçirilməsinə görə xüsusi razılıq (lisenziya), icazə sənədi tələb olunan mallar gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir.
Nazirlər Kabinetinin qərarı dərc edildiyi 13 noyabr 2013-cü il tarixindən 30 gün sonra qüvvəyə minir.

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

Ebayman (2013-11-22 13:52:41)
1000dollarliği poçtla gətirə biləcəyik.yəni ki ebaydan və başqa saytlardan ayda min dollarliq mal alma haqqimiz var 1500isə öz üzərində keçirə bilərsən.yəni ki irana gedibordan tel alib gətirməklə.məsələn

azik abdullayev (2013-11-19 12:42:18)
başa düşmədim indi biz 1500 dollarlıq mal gətirə biləcəyiy ya 1000 dollar?

Ebayman (2013-11-17 21:33:56)
13 dekabr

Cingiz_ (2013-11-11 23:28:20)
quvveye ne vaxt minecek ?

Ebayman (2013-11-11 21:09:55)
bu linkde etrafli yazilib http://dejure.az/az/law/fiziki-sxslr-trfindn-istehsal-yaxud-kommersiya-mqsdlri-ucun-nzrd-tutulmayan-mallarin-gomruk

Ebayman (2013-11-11 21:08:17)
rəsmi.Salam. Araşdırdıq. Həqiqətən belə bir qərar qəbul olunub və onu əldə edə bildik. Tanı ola bilərsiniz http://dejure.az/az/law/fiziki-sxslr-trfindn-istehsal-yaxud-kommersiya-mqsdlri-ucun-nzrd-tutulmayan-mallarin-gomruk "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan... dejure.az "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın təsdiq edilməsi barədə AZƏRBAYCAN

macid (2013-11-11 20:52:44)
Bu rəsmiməlumatdi yoxsa şayədi.Xahiş edirəm link qoyun

macid (2013-11-11 20:27:40)
Uraaaa

Ezio (2013-11-11 17:12:29)
Bu ayın 7-sində mal sifariş vermişdim. Bilsəydim bir ayda gözləyərdim:) Əvvəl ara bir olsada 200 dollardan baha olan malları buraxırdılar indi bu bir ayda heç onada imkan verməyəcəklər

E. Hacı (2013-11-11 14:54:20)
Bəli. 200 əvəzinə 1000$ limit. Rusiyadakı kimi

E. Hacı (2013-11-11 14:52:40)
Qüvvəyə minəndən sonra bəli.

Bextiyar Azeroglu (2013-11-11 14:12:39)
yeniki 1000$ a kimi qiymeti olan elektronika mehsulu (meselen 800$-liq telefon) getizdirsek 36% rusum-da odemeli deyilik? :)

Ebayman (2013-11-11 13:28:26)
yani ki satiş məqsədi olmasa ay ərzində 1000 dollarliq nə istəsəm gətirə biləcəm eləmi?həm də qanun dekabrin 13-ü qüvvəyə minəcək?

E. Hacı (2013-11-11 12:47:13)
Bəli. Yəni qaydaya əsasən belə olacaq

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Dəyəri 1500$-dan yuxarı olan xaricdən alınan malların gömrük xərci.

Elektron siqaretlərin gömrük məsələləri

Gomrukle bagli sual.

Çindən telefon gətirtməklə bağlı məlumat

Turkiyeden mebel getirmek

Ebaydan bitki sifarişi.