ip adress dəyişmək təcili

salam biraz qəribə sual olacaq ama çox xahiş edirəm bilən varsa bütün suallarımı cavablasın deməli bizim işdə internetdə qadağa var yəni yutuba kinoya videoya baxa bilmirik mən necə edim ki bu qadağanı sındırıb onu açım? işdə bir qız mənə dedi ki həmin o qadağa olmuyan kompun ip adresi ilə öz ip adresini dəyişib girmək olur ama gərək həmin adamın kompu bağlı olsun əks halda bilərlər. 1 ci sualım əgər mən bunu etsəm bilərlər? 2-ci əgər həmin adamın kompu bağlı olsa və mən ip adresimi onun ip adrsi ilə dəyişib girsəm yenədə biləcəylər? 3-cü başqa yolla necə aça bilərəm interneti? 4-cü o ipi dəyişməyi mən 2003 programında bilirəm ama məndə 2007 ci ildi komp burda biraz fərqlidi nastroykadan düzəldə bilmirəm necə düzəldə bilərəm? çox xahiş edirəm kömək edin

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

LALA M-va (2013-11-27 10:01:44)
siz ip adresimi dəyişmək üçün dediyiniz ancaq ingilis dilindəki komplar üçündü ama məndə rus dilindədi və rusca heçnə anlamıram :) zəhmət olmasa onun rus dili versiyasında yazında birdəki o dediyiniz saytlara girdim ama yenədə açılmayan saytlar açılmadı birdə ən sonda pulsuz ip prxylər yazdız onu brouzere necə yerləşdirim?

NModern (2013-11-26 21:30:02)
Hər halda qadağa qoyulubsa videoların açılmasına, yəqin ki, istifadəçiniz də administrator deyil adi istifadəçidir və yəqin ki, IP adreslərin dəyişilməsi icazə yoxdur. 2003 və 2007 VVindovvs Server əməliyyat sisteminin növləridir. Yəqin ki, Siz VVindovvs 7-ni nəzərdə tutursunuz. VVindovvs 7-də IP adresi dəyişmək üçün Control Panel -- Netvvork and Internet -- Netvvork and Sharing -- sol tərəfdə yuxarıda Change adapter settings -- uyğun qoşulmanı seçirsiniz (sizin halda bu Local Area Connection olacaq) -- mausun sağ düyməsini sıxırsınız -- Properties (Svoystva) daxil olursunuz -- Internet Protocol Version 4 (TCP/IPv4) seçirsiniz -- Properties düyməsini sıxırsınız. Açılan pəncərədə müvafiq dəyişiklikləri etdikdən sonra OK sıxırsınız. Bilə bilərlər sualına gəldikdə, bəli bilə bilərlər. Və o kompyuter yandıqda sizdə IP konflikt olacaq. Bunun daha yaxşı yolu kimi Proxy-dən istifadə etmək olar. Proxy-lər müxtəlif olur. Anonymouse.org, kalarupa.com saytlarından istifadə edə bilərsiniz. Bunlarla açılmayan saytları aça bilərsiniz. Ancaq youtuba baxa bilməyəcəksiniz. Youtube üçün ip proxy-lərdən istifadə etmək olar. Pulsuz IP proxylər http://hidemyass.com/proxy-list/ burada var. Buradakı məlumatları brauzerinizin (internetə daxil olmaq üçün proqram) xassələrində daxil edin. Çalışın çox da yüklənməyən serverləri seçin. Bu üsuldan ancaq o zaman istifadə etmək olur ki, Sizin System Administratoru başqa portları bağlamayıbsa. Başqa portlar bağlı olduğu halda belə, 80-cı portlu IP proxylərdən istifadə edə bilərsiniz.