“Ebay” dan gətirilən planşetlər burda işləyirmi?

Salam. Mən "Ebay"-dan planşet sifariş etmək istəyirəm...Amma burda oxudum ki, onları qeydiyyatdan keçirmək lazımdı, falan-filan. Kiminsə məlumatı varsa, zəhmət olmasa aydınlıq gətirsin. Qeydiyyat lazımdırmı, ödənişlidirmi, yoxsa planşet ümumiyyətlə burda işləməyəcəkmi... Öncədən təşəkkür...

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

sems (2013-11-29 18:56:56)
amma cində zatən ucuz olur da hər şey, bizimkilər gətirib burda baha satırlar. Düzü onların keyfiyyətli və bahalı malları da var, amma Azərbaycanda əksərən ucuz malları olur, orda ancaq vifi-lə işləyənlər də var, mən nömrəylə işlədiyi üçün onu istəyirdim, amma işləməsə geri götürülmə kimi bir təklif də qoyublar ora... amma buna baxmayaraq geri qaytarılmasına da inanmıram)))

E. Hacı (2013-11-29 18:34:11)
75$-dırsa geydirmə olduğu bəlli :) O qiymətə normal planşet ola bilməz məlum məsələ. Planşetlər təxminən 200$ civarından başlayır qiymətlər. Tək wifi isə heç bir halda işləməyə bilməz. Çünki İŞLƏMƏMƏK=GSM şəbəkənin blok edilməsi. Wifi planşetdə isə sim yoxdur deyə gsm də yoxdur, adicə internetə qoşulursuz wifi ilə və işləyir, kimsə də onu blok etmə imkanında və hüququnda deyil.

sems (2013-11-29 18:30:56)
Çox sağ olun, məlumat üçün...Amma narahatam ki, heç vifi-lə olanlar da işləməsin... Mənim istədiyim qoşa sim kartlı tablet idi. İndi nə məsləhət görürsüz, sifariş edimmi onu. Qiyməti 75 dollardı. Geydirmə cin istehsalı nəyə deyirsiz, ən azı onu geydirmə olmadığını necə bilmək olur?

E. Hacı (2013-11-29 18:08:18)
Planşetlərin əksəri wifi planşetlərdir, onlar təbii ki işləyəcək. Sim-kartlı planşetlər isə işləməyəcək, qeydiyyatdan keçirməniz lazım olacaq. Əgər geydirmə çin istehsallı olsa, qeydiyyatdan imtina ediləcək, digər hallarda normal pulsuz qeydiyyat mümkündür

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Bu nə deməkdir?

Ebayda auksionun vaxtı

Ebaydan alınan malım gəlməyib

Alış veriş üçün kart

Ebay refund

Ebay GTX960 almaq