Layihə üçün hosting Xidməti

Salam, Bir Lahyəm var 1-2 aya Reallasdırmaq istəyirəm ama bilmirəm domen və hosting-i kimdən alım?

Domen-və hostingi kimdən almağımı məsləhət görərsiz?

sayt sürrətli açılsın və heç bir problem yaranmasın (hardasa 10 il problemsiz işləsin) belə bir şey mümkündür?

birdə mən Select.az saytından domen və hosting alsam və Select.az  saytı bağlansa onda mənim saytımda  bağlanacaq?

xahiş edirəm ətraflı məlumat verəsiz

Tessekur....

 

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

NModern (2013-11-30 21:34:39)
Çünki, Azərbaycanda professional hostinq satışı ilə məşğul olanlar çox azdır və çox baha satırlar. Azərbaycanda hostinq satanların əksəriyyəti fərdi şəxslərdir, yəni heç harada qeydiyyatdan keçməmiş həvəskar hostinq satanlar. İstəsəniz Sizə kömək edə bilərəm, 8 ildir ki hostinq satmağnan məşğulam (fərdi).

Namazlı İsmayıl (2013-11-29 23:58:56)
Çox adam Azərbaycanda hosting almağı məsləhət görmür nəyə görə?

Cabbarov Sübhan (2013-11-29 23:55:02)
Layihə ölkə əhalisi üçün nəzərdə tutulubsa məsləhət görərdim Dela Telecom serverlərindən istifadə edəsiniz. Ancaq onlar hostinq satışı etmir. Müəyyən şərtlər daxilində hostinq verirlər. Almaniya serverləri də keyfiyyətli olur.

Ayxan (2013-11-29 21:53:30)
Azərbaycandan hosting məsləhət deyil. Mən sizə Arvixe, Bluehost daha yaxşıdı

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

hosting for domain