sükan.az saytı haqqında

salam.mən sürücülük vəsiqəsi almaq üçün özüm fərdi qaydada hazırlaşıram və əsasən də sükan.az saytından istifadə edirəm,o saytda bir bölmə var . "imtahana düşən biletlər" bölməsi. Burda cəmi 19 bilet var. sualım odur ki doğurdan mı imtahana da elə o 19 biletdəki olan suallar düşəcək, yoxsa sadəcə bizi aldatmaq üçündür?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

asdqwe asdqwe (2013-11-29 19:57:32)
herwey aydin oldu mene,men ele bilmiwdim ki gelecekde olan imtahanlara ancaq o suallar duwecek,yanilmiwam demek ki. Coxsagolun

E. Hacı (2013-11-29 19:49:39)
Salam. Əlbəttə ki yox. İmtahan verənlər sualları zaman-zaman Sükan.az saytına göndərirlər, onlar da yığırlar baza şəklində. Yəni bu ancaq keçmiş imtahanlara aiddir. Zəmanət yoxdur ki yenə bunlar düşəcək. Amma hər halda faydalıdır bu sualları bilmək, çünki bunlardan da bəziləri düşə bilər, düşməsə belə ən azından sualların tipini bilirsiniz və bu da yaxşı təcrübədir imtahan üçün