Salam. Web və mail serverlərin texniki tərəflərindən anlayışım olmadığı üşün bir neçə sualım var.
1. PC Sistem bloku ilə server yaratmaq nə dərəcədə düz olar? Yəni deyək ki Intel Xeon, 8GB RAM, 1TB HDD ilə.
2. İnternetdə araşdırdım və gördüm ki iki cür serverlər olur Rack, Tower bunlar arasında fərq nədir?
3. Server mütləq iki prosessorla işləməlidi? Fasiləli olaraq
4. Serverin internetə qoşulma sürrəti nə qədər olmağı yaxşıdı və Azərbaycanda bu sürrəti əldə etmək olar mı?
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
2
Salam.
1) Sistem bloku və ya hər hansı digərində server yaratmağın bir fərqi yoxdur, sadəcə olaraq professional şirkətlərdə yerə qənaət və digər xüsusi məqsədlər üçün xüsusi avadanlıqlardan istifadə edirlər,
2) Tovver bildiyimiz adi keysdə olan serverlərdir. Rack daha nazik olub üst üstə yığılan serverlərdir. Bir də Blade serverlər vardır ki, onlar da daha müasir serverlərdir ki, çox nazikdirlər və üst üstə yığılırlar.
3) Prosessorun sayının fərqi yoxdur, nə qədər çox olsa bir o qədər yaxşıdır.
4) Serverin çıxış sürəti standart olaraq 100 Mbs olur, amma ən pis halda bu 10 Mbs olmalıdır. Söhbət əlbəttə ki, çıxış sürətindən gedir (Up). Azərbaycan əksər İnternet provayderlər adi ADSL xidmətində UP sürətini 1Mbs dən artıq vermirlər. Buna görə də optik xətt çəkdirməli olacaqsınız.
0
Çox təşəkkürlər. Cavabınız köməkçi oldu
Sual verin
Cavab verin