Paypalda pulun geri qəbulu

Salam.Mən sualı verməmişdən qabaq saytda məlumatlandımki,Paypaldan Azərbaycan banklarına pul köçürülməsi mümkün deyil.Bilmək istərdim Ebaydan göndərilməmiş məhsulun pulunu satıcı nece qaytarsın.xahiş edirəm məlumat verəsiniz.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

E. Hacı (2014-01-26 07:31:07)
Gecdir artıq qaytarmaq çətin ki mümkün ola. Malı alanda yazır son şikayət müddətini. Qirx gün olur əsasən

orxan17 (2014-01-26 01:03:56)
ebaydan sifariş etdiyim mal artıq 3cü aydırki mənə gəlib çatmır, artıq neçə dəfə xəbərdarlıq göndərmişəm amma bir nəticəsi yoxdur, pulumun da geri qaytarılması qaydasını bilmirəm. ona görədə sifariş etdiyim maldan artıq umidimi üzmüşəm

Ebayman (2013-12-02 17:04:04)
QARDASH ZEHMET OLMASA DEYERDIZ,refund harda yazililir,satici onu basan kimi pul qayidacaqmi?hem de ki eger paypalda gosterirse pul geri odenib,onnan sonra satici hemen pulu geri alma huququ varmi yoxsa pul karta kecdise geri qayitmaz?

E. Hacı (2013-12-02 16:33:44)
History bölməsində.

qasimova gunel (2013-12-02 14:58:12)
İndidə məndən paypaldaki transaction id-nı istəyir.mən transaction id harada yazıldıgını bilmirəm.xahiş edirəm kömək edəsiniz.Birdə Ebayda alış veriş səhifəmdən bir müddət sonra sifariş elədiyim məhsullar silinir.buna səbəb nə ola bilər bilmirsiniz?

E. Hacı (2013-12-02 06:53:49)
Yox problem olmaz göndərməyiniz. O istəyir onlayn olsun asan olsun. Ona görə deyir yəqin olmaz. Lap yaxşı olar əgər o banka getsə sizi ln rekvizitləri banka təqdim edib pulu köçürsə. Siz deyin ki göndərsin əks halda neqativ feedback verib şikayət edəcəksiniz. O halda zəhmət çəkib göndərər :)

qasimova gunel (2013-12-02 01:43:33)
Salam.Bəli 40 gündın çoxdur.Kapital bankda cari hesab açdırdım pulu o hesaba göndərməsini xahiş eledim.Lakin bununda mümkün olmadıgını dedi.İndi mən bilmək istərdimki necə geri ala bilərəm.bank hesab nömrəsini yolladıqda bütün mənə verilən məlumatları (costumer name,account,code,tax payer İD,corres account,SWIFT CODE)göndərdim bu problem olmaz?Niyə mümkün olmasın.

E. Hacı (2013-12-02 01:24:09)
Salam. Əgər 40 gündən artıq keçməyibsə alışdan, o halfa refund etsin , refund edəndə pul geri qayıdır. Yox əgər çox keçibsə vaxt, o halda paypal ilə yapacaq bir şey yoxdur təəssüf ki. Başqa yolla göndərməlidir, ya bank hesabınıza, ya beynəlxalq köçürmələrlə və.s.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Online Pul Qəbul etmək.

Payyer hesabından pul çıxartmaq?

VOEN kart hansı Bankda açmaq sərfəlidir.

Paypal-da hesab varsa Ebay-da hesabın açılması

Adsense nə qədər qazandırır.

PAYPAL online ödəmə etmək