Dvd diskdə multisessiya problemi

Salamlar. Mənim belə bir sualım var. Mən LG DVD/HDD recoder var. Deməli televizor kanalında gedən kinonu yazıram DVD-nin yaddaşına, onnan sonra həmin yaddaşdan yazıram diskə, diskə yazılır. ama həmin DVD-də açır və göstərir, lakin komputerdə və ya başga dvd-də açmır, komputerdə ümumiyyətlə boş göstərir. Nero programı ilə baxdıgda isə diskin içindəkilər göstərir lakin multisessiyanın açıg olduğu bildirilir. Necə etmək olar ki, DVD-dən diskə yazdığdan sonra bütün komputer və DVD-lərdə açsın. Öncədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Eti526 (2014-04-11 16:56:34)
Hörmətli Cabbarov Sübhan, İSO formatında komputerə necə çıxara bilərəm? hər hansı video və ya izah edilən bir mənbə varmı?

Cabbarov Sübhan (2014-04-11 16:54:46)
Nero ilə diskin kopyasını .iso formatında komputerə çıxardın. Sonra .iso faylı winrar ilə genişləndirin. Bütün fayllar orda olacaq.

Eti526 (2014-04-11 16:45:33)
İş orasındadır ki, video komputerdə göstərmir. DVD-də diskə yazıram ve oxutdururam oxuyur. Lakin başga DVD-də göstərmir, komputerdə isə diski boş açır. Nero ilə diskin içinə baxdığda fayılların yazılması görünü. ama ki, açmağ olmur komputerdə

Dilsuz (2014-04-11 16:43:17)
Salam. Videonu hər hansı bir converter proqramında (məs.AVS Video Converter) başqa formata çevirmək olar.