Email + Axtarış Saytı

Salam Azərbaycanda Email saytı mən bilən ancağ box.az saytıdır . (Məcə Box.az o qədərdə uğurlu olmayıb..) Mən Yandex.com.tr -ya oxşar sayt açmağ istəyirəm

yəni həm axtarış sistemi olsun həmdə E-Mail sistemi,  E-mail sistemi fuksyonal olsun box.az kimi sadə olmasin.

(Çox yerdə Reklamlar etddirəcəm əgər uğurlu olsa Hələlik kiçik ofisdə açmaq niyyətindəyəm)

Belə bir scripti Azərbaycanda kim Yaxşı qura bilər və maksimum nə qədər pulum çıxar

İstəyirəmki bu lahiyə çox  uğurlu olsun onun üçün problemsiz hosting və domainə ehdiyacım var sizcə xarici saytlarda ən etibarlı hosting və  domain verən sayt hansıdır və Email saytı üçün neçə Gb-lık paket almalıyam

Xahiş edirəm Ətraflı məlumat verəszi

Əvvəlcədən Təşəkkürlər

 

 

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Ismayil Namazov (2013-12-08 21:24:55)
Çox sağ olun cavablarınız üçün belə baxıram çox baha başa gələcək axtarış və email saytı bəs sadeəcə email saytı qurmağ üçün nə qədər xərcim çıxar və neçəlik hosting almalıyam

E. Hacı (2013-12-08 11:03:08)
Salam. Yuxarıda cavab verildi, mən də əlavə edim ki ən yaxşısı daha kiçik bir işdən başlamaqdır. Email saytı qaldırmaq üçün milyonlarla dollar lazımdır. Dünyada hazırda elə bir email servisi yoxdur ki kiçik şirkətə məxsus olsun. Hər bir email servisi milyardlarla dollar dəyəri olan, minlərlə işçisi olan nəhənglərə məxsusdur(Yahoo, Mailru, Yandex, Gmail, Hotmail və.s.), kiçiklər var idi 10 il filan əvvəl, hamısı sıradan çıxdı, indi mail bazarına girmək heç kimin ağlına belə gəlmir.

Cabbarov Sübhan (2013-12-05 09:29:04)
Email və axtarış saytı açmaq üçün hostinq yox serverlərə ehtiyyac var. Box.az hər istifadəçi üçün 1GB həcmində email sahəsi verir. Ən azından box.az-da 5 mindən çox qeydiyyat var buda 5TB yaddaş edir. Bura axtarış sistemini də əlavə etsək ümumilikdə yaddaş ən az halda 20-50 TB yaddaşa ehtiyac var. Gündəlik bu sayta giriş sayını da nəzərə alsaq çoxlu (10-20) server lazım olacaq. Belə saytın Azərbaycanda olan proqramçılarla həll etmək olmaz bunun üçün xüsusi mütəxəssislər lazım olacaq. Bütün bunların ən az halda maliyyəti 200 min manat edər. Hələ bazarda olan belə saytlar qarşısında inanmıram ki rəqabətə davam gətirəsiniz. Yəni biraz daha fikirləşin :)