İntel i3 lə İntel i5 fərq

salam zəhmət oomasa mənə deyərdiz İntel i3 lə İntel i5 arasındakı  fərq böyükdü? Yəni i5 i3 dən daha az donur? daha az qızır?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

oismayilov (2014-08-24 20:24:16)
bəs i7?

RZALI (2013-12-17 12:56:54)
çox sağolun.

Cabbarov Sübhan (2013-12-14 15:06:54)
Intel i3 iki nüvəli prosessordur, intel i5 isə həm 2 nüvəli, həm də 4 nüvəli prosessordur. Nüvələrin sayı nə qədər çox olsa eyni anda daha çox proqramla rahatlıqla işləmək olar. Intel i5-də Intel Turbo Boost texnologiyası var, bunun sayəsində prosessorun tezliyini maksimum dərəcədə artıra bilinir. i3-də bu texnologiya yoxdur. i3-də cache (keş yaddaş - RAM kimidir sadəcə bu yaddaş prosessorun daxilində olur) 3MB olur, bundan artıq olmur. i5-də bu yaddaş 4 - 6 MB olur. Yaddaşın çoxlu daha sürrətli iş deməkdir. Hyper-Threading - deyinlən bir şey var ki bu mövzuda da i5 daha üstündür.