Xəbər saytının dövlət qeydiyyatı

Salam

Mənim xəbər portalım var.İstəyirəmki həmin xəbər portalını dövlət qeydiyyatından keçirim.Bunun üçün hansı hüquqi prosedurlardan keçməliyəm?Haralara müraciət etməliyəm?Zəhmət olmasa yazardınız

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2013-12-17 13:56:37)
Salam. Mən biləni portalların KİV olaraq qeydiyyat zərurəti haqda qanun hələ qəbul edilməyib bizdə. Ona görə də siz yəqin ki sadəcə MMC kimi qeydiyyatdan keçməlisiniz Vergilər Nazirliyində(hüquqi şəxs açmaq). Məsələn Rusiyada KİV kimi qeydiyyat da istənilir. Amma bizdə nə vaxtsa eşitməmişəm belə bir şey, və çox güman ki hələ ki qəbul edilməyib bu qanun. Ona görə də sadəcə MMC açmaq.

Cabbarov Sübhan (2013-12-17 12:59:19)
Bildiyim qədər vergilər nazirliyindən mmc (məhdud məsuliyyətli cəmiyyət) statusu almaq lazımdır. Qeydiyyatdan keçərkən fəaliyyət sahəsini media və informasiya qeyd etdirin. Ancaq bu şərt deyil. Lisenziya ilə də fəaliyyət göstərənlər var.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Xəbər saytı

Xəbər saytı?

Xəbər saytı açmaq

Xəbər saytı yaratmaq

Xəbər portalından necə pul qazanmalı