Htmldə yığılmış saytda lisenziya nədir?

Salam. Mənim yığdığım saytlardan biri Turkeshdekor.com.Bu sayt nə vaxtsa öz-özünə dağıla bilərmi? Ümumiyyətlə lisenziya və lisenziyasız sayt olurmu? Bu saytın təməl teması və kodları templatemonster.com saytından götürülüb və çox dəyişiklik edilib. Yəni sualım budur ki, bu temanı götürdüyüm sayt nə vaxtsa saytı kodlarını dağıda bilərmi, google saytı lisenziyasız görə bilərmi?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

K009N (2013-12-23 02:32:45)
Xeyr, Pulsuz götürmüşəm. Pullu şəkildə tema tam bütün səhifələri ilə olur bu saytda. Mən isə index və images götürüb o biri səhifələri kodlarla işləmişəm bəli bir-bir və çox dıyişiklik etmişəm . Başqa asan yolu varmı? Və necə bilə-bilərik bu saytda müəllif lisenziya yazıb mı? Gələcəkdə bu sayta öz-özünə nəsə ola bilərmi? Yəni demək istədiyim odur ki təməl js css kodlarını şəkilləri o temaya aiddir nəsə problem ola bilərmi

K009N (2013-12-21 02:08:50)

E. Hacı (2013-12-20 17:16:17)
Templatemonster-dən pulu ilə almısızsa ömürlük single(bir saytda) istifadə haqqını almısınız. Lisenziya problemi olmaz

NModern (2013-12-20 17:07:09)
bu saytı bir bir əlnən yığmısız?

NModern (2013-12-20 17:05:31)
templatenin lisenziyası həmin templateni yaradan adamın (şirkətin) onu istifadə etmək üçün verdiyi lisenziyadır. Yəni sayta aidiyyəti yoxdur.

K009N (2013-12-19 02:08:38)
Bәs nә tip saytlara lisensiza alinmalidir? Cunki bәzi template satan saytlar template lisenziyalı oldugunu bildirirlәr

E. Hacı (2013-12-18 16:36:23)
Salam, xeyr domen və hosting icarə pulu vaxtı vaxtında ödənərsə bu statik sayt daim işlək qalar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

HTML koda blok

HTML embed PROBLEMİ

google hesabımda profil adını necə dəyişə bilərəm ?

Google Robot zənn edir

HTML-də səhifəyə keçmək

HTML-i neçə aya öyrənmək olar?