Internet Yükləmə sürrəti

Salam Internetden  nəsə bir faylk yükləyəndə həmişə 100-120kb arası yükləyirdi ama bu axır vaxtlardıki bir şey yükləyəndə hərdən bir 100-120 kb , çox vat isə 30-50 kb arası yükləyir. bunun səbəbi nədir? 2-ci sualım internetde 300-1gb arası oyun yükləmək üçün hansı programları məsləhət görürsüz (torrent yox)

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Ismayil Namazov (2013-12-25 00:20:00)
axıra qədər yükləmədim çıxdım linkdə yadımda deyil :D mən həmişə chorome və operadan istifadə edirəm tez-tez interneden fayllar endirirəm ama son zamanlar internetden bir şey yükləmək olmur. hardasa uje 1 ay olar 1ay bunnan qabaq məndə hərşey normal idi ama indi hətta mahni bilə yükləyə bilmirəm ama hərdəndə olurki mahnı yüklənir :) yəni belə desək internet oynayır tez-tez sürrət enib qalxır. internetde üi-fi vastesiylə daxil oluram modem komputerin düz yanındadı heç 1 metr məsafə yoxdur şəkildə baxa bilərsiz mən qoşuldugum üi-fi indi normaldır ama hərdən elə olur ki mənim üi-fim şəkildəki Amin üi-fi ilə eyni olur bunun səbəbi nədirki?

Mehman Elxanoglu (2013-12-23 21:02:25)
İmkan varsa, Siz ukts_setup_1_06.exe faylının linkini burada qeyd edəsiniz, bəlkə nəsə daha ətraflı fikir yürütmək olar.

Ismayil Namazov (2013-12-23 19:40:48)
1,3,6,7 ola bilməz məni 4-cü cavab maraglandırdı onu necə bilmək olar

Mehman Elxanoglu (2013-12-23 18:39:11)
Onda səbəb 1), 3), 4), 6) və 7) ola bilər :) Qaldı ki, NOD32-ni müvəqqəti söndürməyə... Burada izah edilib (ancaq videoda IV versiyadır, yəqin Sizdə də analoji qayda ilə etmək olar)...

Ismayil Namazov (2013-12-23 17:33:03)
Cavablarınız üçün çox sağ olun problem opera ola biləz çünki diger brauzerlerdede hemin surretdi provayderdede problem ola bilmez :) mən Nod 32 antivirus isledirem ola bilərki faylı yükləyə yükləyə yoxlasın? əgər yoxlaya yoxlaya yükləyirsə onu necə deaktiv etmək ola?r məndə bu hal tez tez baş verir , məsələn 300mb bir fayl yükləyirəm yükləmə sürrəti 110-120 kb olur ama 1-2 dəq sonra sürrət 20 kb-ya kimi enir. yadaki sürrət elə yükləmə başladıgı andan 30kb ilə başlayır və artmaga başlayır (30,31,32,33,34,35.....120,119,118,117....30kb :D) bunun səbəbi nə olar Mehman Elxanoglu cavabın üçün çox minnətaram xahiş edirəm yenə cavab verəsiz :D

Mehman Elxanoglu (2013-12-23 15:50:04)
Bunun bir neçə səbəbi ola bilər: 1) Ola bilər ki, yüklədiyiniz sayt özü endirmə sürətinə limit qoyub. 2) Digər veb-brauzerlərlə endirmə sürəti eyni deyilsə (daha yüksəkdirsə), ola bilər ki, muric55-in dediyi kimi səbəb məhz Operadır. O zaman versiyasını dəyişin. 3) Ola bilər ki, antivirus yüklədiyiniz faylı endirə-endirə yoxlayır və bu da sürətə təsir edir (ehtimalı az versiyadır). 4) Ola bilər ki, endirmə zamanı gizli olaraq digər bir endirilmə (ƏS-in və ya virus bazasının yenilənməsi və s.) də endirilir. 5) Ola bilər ki, internet provayderinizdə hər hansı bir problem var, zəng edib də dəqiqləşdirmək olar. 6) Şəkildən göründüyü kimi WiFi istifadə edirsiniz. Ola bilər ki, Sizin qoşulduğunuz ötürücüyə digər bir cihaz da qoşulub və sürətin böyük əksəriyyətini almaqdadır (məsələn, 480p-lik videoya baxır). 7) Ola bilər ki, marşrut xəttində (və ya elə ötürücünün özündə) hər hansı texniki nasazlıq var. İlk ağlıma gələn versiyalar hələlik bunlardır. Ola bilər ki, səbəb hər hansı başqa bir şeydir, ancaq ən böyük ehtimallar yuxarıdakılardır :) Sualın ikinci hissəsinə gəldikdə isə, heç bir proqramı məsləhət görə bilməyəcəm. Çünki, məhz torrentin özünü məsləhət görmək istərdim, ancaq onu da istərmirsiniz.

muric55 (2013-12-23 13:14:40)
bunun səbəbi opera ilə yükləməndi

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

BlackBerry 9780

İnternetin sürətini süni olaraq artırmaq ?!

Hər hansı bir saytın olub və yaxud olmamasını hardan öyrənmək olar ?

İnternetə qoşulmaq üçün vasitələr

Computer universedə bəyannamə lazımdır?

Statik İP-nin bəyan edilməsi haqqında