City Guide və aparat sürətləndiricisi

Salam dostlar, bu yaxınlarda CityGuide proqramında Azərbaycan xəritəsinin versiyasını 17.1-dən 18.1-ə dəyişdim. Bu zaman bir neçə obyektlər görünməməyə başladı. Rəsmi distrubütor "Aparat sürətləndiricisi"ni (Аппаратное ускорение) söndürməyi məsləhət gördü. Söndürdükdən sonra hər şey qaydasında idi.

Sual: Mobil cihazda "aparat sürətləndiricisi" (Аппаратное ускорение) nədir? O, CityGuide proqramında hansı məqsədə xidmət edir? Aparat sürətləndiricisini söndürdükdə vizual (və hesabi) olaraq nələri qurban vermiş oluruq və ya bu bizə nə qazandırır?!

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

NModern (2013-12-28 15:50:49)
Ümumiyyətlə Aparat gücləndirilməsi barədə burada oxuya bilərsiniz. (rus dilində) Qısaca onu deyim ki, aparat gücləndiricisi onun üçün lazım olur ki, qrafik məlumatların işlənməsi zamanı əsas prosessorun üzərinə çox yük düşməsin. Çunki ümumi işlərin görülməsi üçün nəzərdə tutulmuş prosessor üçün qrafik görüntülərin işlənib ekrana çıxarılması əlavə yük deməkdir. Bu işlərin görülməsi üçün ayrılmış xüsusi qurğu (yəni aparat gücləndiricisi) ümumi prosessorun üzərindən bu yükün müəyyən bir hissəsini götürmüş olur. Faktiki olaraq aparat gücləndiricisini söndürməyin nəticələri görüntünün ekrana gec çıxması, cihazın daha çox qızması və enerji sərfiyyatının artması ola bilər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Türkiyədən Azərbaycana shipping

İkili vətəndaşlıq

Artiq Paypal Azerbaycani destekleyir?

Amazon Azərbaycan

Google Trends

Baki 9095 mal gomruyde ilisib qalib