photoshopdakı fontu vebə köçürtmək

Salam, photoshopda font kimi olan iconları saytda necə işlədə bilərəm? bir psd dizayn var orda iconlar font kimi yerləşdirilib. photoshopdakı font halındakı iconu necə html, css halına sala bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Emin Mastizada (2013-12-29 03:34:32)
Fontun adını isternetdə axtarıb endirə bilərsiz. Font sizin sistemin qovluğunda da ola bilər. HTML-də normal yazdığınız yazı avtomatik olaraq fonta uyğun işarəti almalıdır. Əgər almasa deməli standart işarətlər deyil, bu zaman photoshop-dakı yazını copy edə və istifadə edə bilərsiz və ya font-da olan işarətlərə baxıb onların adreslərini html formatında işlədə bilərsiz: &#işarətin-fontdakı-nömrəsi;

Miri92 (2013-12-29 02:26:22)
Bəs fontu photoshop'dan necə export etmək olar? bir də həmin fontda icanlar var. Həmin iconların görünməsi üçün nə yazmaq lazımdır?

Emin Mastizada (2013-12-29 02:21:09)
Salam, həmin fontu öz saytınızda bir yerə yükləyib, css-də belə bir şey edə bilərsiz: [code]@font-face { font-family: "font-adı"; font-style: normal; src: url(font-qovluğu/font-adı.eot); /*IE üçün*/ src: local("Photoshopda göstərilən font adı"), url("font-qovluğu/font-adı.ttf") format("truetype"); /* IE olmayanlar üçün*/ }[/code] Bu işləyəcək amma səhifənin açılma sürəti yavaşlayacaq. Bir də Google Fonts yoxlamaq yaxşı olar.

mike (2013-12-28 22:14:34)
Əvvəlcə burda daxil olun :: Control panel => Fonts Daha sonra burdan sizə lazım olan font`u Copy (CTRL+C) edin. Desktop`a atın (CTRL+V) Sonra http://www.font2web.com/ saytına daxil olun və font`u upload edin. Proses yerinə yetirildikdən sonra sizin fontunuz veb versiyası və vebdə necə istifadə etmək haqqında mətn və ya css faylı sizin komputerinizə yüklənəcək.