external hdd və flash karta parol

salam,external hdd və flash kart disqlərə necə parol qoya bilərəm? bu mümkündür?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

ToTo (2013-12-28 21:03:21)
Melumat ucun cox sagolun tesekkur edirem

NModern (2013-12-28 16:07:34)
Salam. Flash kartların və xarici sərt disklərin koda qoyulması bir az müşkül məsələdi. Amma bundan çıxış yolu da vardır. Bəzi vvindovvs əməliyyat sistemlərində BitLocker deyilən proqram olur ki onun köməyi ilə bu videoda göstərildiyi kimi flash kartınıza parol qoya bilərsiniz. Amma bu bir o qədər də məsləhət görülmür, çünki hər-hansı digər vvindovs əməliyyat sistemində bu proqram olmaya da bilər. Bu halda flash kartınızdakı məlumatlar əlçatmaz olacaqlar. İkinci yolu əlavə proqramlardan istifadə etməklə məlumatlarınızı şifrələməkdir ki, o da bu saytda ətraflı göstərilib. Proqram kiçik həcmli olduğundan elə həmin flash kartın içində gəzdirə bilərsiniz. Bunun da mənfi cəhəti ondan ibarətdir ki, VVindovvs əməliyyat sistemi olmayan kompyuterdə bu proqramı işlədə bilməyəcəksiniz. Məlumatları şifrələməyin digər mənfi bir cəhəti də ondan ibarətdir ki, məlumatlar şifrələnərkən onların həcmi böyüyür (hətta dəfələrlə). Buna görə də məsələn 8 GB-lıq bir flash karta 1-2 gb (təxminən, az ya çox da ola bilər) məlumat yaza biləcəksiniz.