Azərbaycanın sosial şəbəkəsi.

Salam.Bir müddət əvvəl mən cavablar.net lahiyyısində sual vermişdim.

Azərbaycanın Milli və Muasir sosial şəbəkəyə ehdiyacı varmı?.Lahiyənin səhv etmirəmsə Rəhbəri E.Hacı içində olmaqla bir neçə nəfərlə bu mövzu ətrafında cavabları oxudum.Cavab verdiklərinə görədə minnətdaram.Rəsmi açılışı Yanvar ayının 1-i olacaq Sosial şəbəkəmizin Test versiyası artıq bir neçə gündürki internetdədir.Hal hazırdada üzərində işlər durmadan gedir.İstərdik sizdə də həm bizə dəstək olasınız həmdə proekti test-edib öz fikirlərinizi bildirəsiniz.Məqsədimiz heç cür reklam deyil.Hər birinizin fikri bizim üçün önəmlidir.

Qısa məlumat:

Lahiyyə 3 dildədir:Az,Ru,En.

Krosplatformalıdır-(Planşet,Smartfon,Kompyuter)-lərdə sürətini itirmədən işləyir. 

Test etdiyimiz platformalar:İphone 5,Samsung Galaxy s3,s4,Grand ,Google chrome.

İnterfeys-asan istifadəçi rahatlığı nəzərdə tutləraq yaradılıb.

Dizayn:Sosial şəbəkələrin standartlarına tamami ilə uyğundur.

Hər hansı bir sualınız olarsa.Cavablandırmağa hazırıq.Fikirlərinizi bildirməyi unutmayın.

Aşağıdaki adress-dən daxil ola bilərsiniz.

http://gencster.com

 

Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)

Miri92 (2014-01-01 01:52:26)
Facebook kimi sosial şəbəkə yaratmaq vaxt itkisidir

Məmmədov Toğrul (2013-12-30 22:56:21)
Milli sosial webekenin olmasi cox yaxwidir ancaq fb oxwamasi cox pisdir siz ne qeder inkar etsenizde bu beledir umid ediremki gelecekde dizayn bir daha duwunulmelidir hevesden duwmeyin

Alekperoff (2013-12-30 17:55:11)
Mənim fikrimcə siz bənzədirsiniz.Cunki Hər hansı bir programçi sosial şəbəkə yaradaq istəyirsə onun standartlara uygun olmagini istəyir.Dünyada olan sosial şəbəkələrin hamsı bir birinə bənzəyir.

Alekperoff (2013-12-30 17:47:01)
Rəsmilikdən uzaq bir cavab verəcəyim üçün inciməyin. Qardaşlar Mən sizi şəxsən tanımıram.Mənim sizdən bunun olub olmadığını inkar etmək fikrim yoxdur.Olsa idi deyərdim ki bəli hazır Content menegmet systemdir bu.Heç kəslədə mübahisə etmək fikrimdə yoxdur.Mən bura Gənçster haqda fikirlərinizi oyrənməyə test edəsiz deyə mövzu qoymuşam.Məncə istifadəçilər üçün fərqi yoxdur ki bu nə sistemdir əsəs olan onun keyfiyyətidir,rahatlığı,support-u və s.dir.Developer və Koderlərmi deyim bilmirəm necə daha uygun gəlirsə bu proektin nə sistemdə işlədiyini öz aranızda müzakirə edə bilərsiniz.Amma mən sizdən burada başqa müzakirələr gözləyirəm.Hər bir Yaxşı fikirlə yanaşıb dəstək olanlara Minnətdaram.Amma hər bir proektin nə olub olmadığını belə müzakirə etmək biraz yaxşı hal deyildir.Burada olan heç kim məni şəxsən tanımır,və heç kəs məni yalan danışmaqda ittiham edə bilməz.Hərəmizin öz söz haqqımız var siz sual verdiz mən cavab verdim.Artıq inanıb inanmamaq sizə qalıb.

Cabbarov Sübhan (2013-12-30 15:22:31)
Bunu hazır cms olduğunu əz zəif proqramçı belə anlaya bilər.

VendeTTA (2013-12-30 15:16:54)
Xeyirli olsun, amma hazır CMS üzərində olduğunu niyə inkar edirsiz anlamadım. Yenə də bu maneə deyil, əgər fikir kifayət qədər ciddi olsa, əllər bir müddət cibdə olsa uğur qazanmaq olar düşünürəm :)

Alekperoff (2013-12-30 13:49:56)
Çox sagolun.Minnətddarıq sizə.İlk öncə dəstək olaraq saytda qeydiyyat keçməyinizi xaiş edirik.Oradan isə Məni Baş adminstratoru tapa bilərsiniz.Dəstək olanlara xüsusi minnətdarlığımızı bildiririk.Hamınızın Yeni ilini və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik edirik.İn şa Allah Yaranan bütün suallarınıza cavab taparsınız.

Alekperoff (2013-12-30 13:44:12)
Məəmədov Togrul əvvəla cavabınıza görə minnətdarıq.Bunun sebəbi səhv deyil.Hələki özümüz haqda məlumat yazmamışıq.Yanvarın 1 də rəsmi açılış günündə Bütün məlumatlar əlavə ediləcək.

Məmmədov Toğrul (2013-12-30 13:15:02)
salam evvelce tebrik edirem ancaq saytda bezi sehvler var sayti AZ diline qoyub sayt haqqinda melumati oxuyanda ingilisce gelir

Sabir_Azeri (2013-12-30 12:40:45)
Başlanğıc üçün çox gözeldi. Tebrik edirem. Milli Netin inkşafı diger sahelerin ( turizm, qeyri-neft sektoru) inkşafı kimi vacibdi. Bu sahede öz imzamızı atmalı, özümüzü göstermeliyik. Her çür destek göstermeye hazırıq.

Alekperoff (2013-12-30 00:29:31)
Iconlar heçbir şirkətə və proektə məxsus deyildir.Agry birds-indi ən tanınmış oyunlardandır.Youtube-isə youtube videolarına aid olan servisindir.Soundcloud-isə yənədə soundclouda aid olan servisindir.Biz heçkəsdən heçbirşeyi kopyalamamışıq.

Alekperoff (2013-12-30 00:05:41)
Hamınıza Minnetdarlığımızı bildiririk

Alekperoff (2013-12-30 00:04:27)
Bəxtiyar sizin Gənçster sizin fb səhifənizi uğurla açır heç bir probem görmədik.

Alekperoff (2013-12-30 00:01:59)
Cavablarınız üçün çox sagolun. 1.Bizim lahiyə ancaq dizayn cəhətdən 20% fb-ya bənzəyir.Qarşımıza qoyulan məqsəqlər arasında təkrarçılıq olmayıb. 2.Heçbir hazır cms üzərində qurulmayıb.Burada Nə phpfox,nə vii engine,nədə social engine istifadə olunub.İnkişaf plan üzrə aparılır. 3.Əlbətdəki zamanla dahada müasirləşəcəyik.Hələki test versiyadayıq.

Cabbarov Sübhan (2013-12-29 21:51:35)
Əvvəlcə qeyd edim ki heç vaxt həvəsdən düşmüyün. 1. Facebook dizaynına oxşadılıb, müəyyən qədər təkrarçılıq sayılır. Icon-lar hansısa məhsullarındı bu pisdi. 2. Hazır CMS üzərində qurulması gələcək inkişafında problemlər yarada bilər. 3. Daha da müasir etmək olar Ümumi olaraq ilkin başlanğıc üçün yaxşıdır, reklam marketinqini yaxşı işləyin :) Uğurlar

Bextiyar Azeroglu (2013-12-29 21:31:50)
Axsaminiz xeyir, men qeydiyatdan kecdim fb id-ni profile yazdim “Facebook: Profili göstər” klikliyende sehife tapilmadi gelir. google hesabin tapib amma fb-u yox. amma bele maraqli geldi layiheniz. ugurlar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İnstagramda paylaşım etmək olmur.

Facebook haqda sual

Milli və Muasir,Gənçlər üçün Nəzərdə tutulmuş Sosial Şəbəkəyə Ehdiyyac varmı?

Facebook Lite aplikasiyasında profil fotosu çətinliyi yarandı

Tumblr`a sosial şəbəkə iconları

Smm nedir?