Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebay-dən alınan mala görə POÇT ödənişi

Salam. Ola bilsin ki, sualım tam İKT sferasına aid deyil. Buna görə üzr istəyirəm. Sadəcə Ebay-dən yeni alış-veriş edən biri kimi bir sualım yaranıb. Təxminən eyni günlərdə 8 müxtəlif sifariş verdim, ümumi dəyəri 12 dollar məbləğində. Hər biri xırda əşyalar olub çəkilərinin ayrılıqda heç 500 qrama çatmayacağından da əminəm. Bilmək istərdim ki, Poçt-da həmin əşyalara görə fərdi qaydada məndən nə qədər ödəniş tələb olunacaq? Əvvəlcədən təşəkkür edirəm cavablarınıza görə.


Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

(16:04, 06/01/2014 ) #35214

Ayrı yerlərdə sifariş vermisiz deyə ayrı ayrı gələcək və ayrı pul tutulcaq. Eyni satıcıdan alsaydiz he o hamsını bir paketə qoyardı.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:49, 06/01/2014 ) #35221

Salam. 8 müxtəlif məhsul gəlirsə və heç birinin çəkisi 500 qramı keçmirsə hər məhsula görə 1.40 Yaniki 8 X 1.4 = 11.20 qepik pul ödəyəcəksiz ümumi bu məhsulların hamısına.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:25, 19/01/2014 ) #35660

    Haqlısınız, elə də oldu.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:00, 08/01/2014 ) #35261

Poctdakilarin kefine baxacaq ayri ayri geldiyinnen heresinnen 1-2 manat arasi pul alacaqlar meselen mennen hemise 1.60 man alirlar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:25, 13/01/2014 ) #35443

Amma mene diyirdiler ki ne verersen verersen sen diyen bir mebleq demirdiler mende 1manat verirem hemise

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:14, 13/01/2014 ) #35445

    Məbləğ yaxın zamanlarda dəqiqləşdirilib və sərtləşdirib. Mənə ümumiyyətlə pul almırdı poçtalyon son vaxtlaradək.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:17, 03/02/2014 ) #36141

Azərpoçtdan emailimə gələn cavab

Kiçik paketin maksimum çəkisi 2 kq, bağlamanınki isə 30 kq ola bilər. Gömrük nəzarətinə təqdim edilmə rüsumu çəkidən asılı olmayaraq kiçik paket üçün 1,40 manat, bağlama üçün isə 2,00 manat müəyyən edilmişdir. Əgər kiçik paketin çəkisi 500 qramdan artıq olarsa (yəni 500 qramla 2 kq arasında), onda digər rüsum da (0,60 manat) əlavə olaraq alınır. Deməli kiçik paketin çəkisi 500 qramadək olduqda yalnız gömrük nəzarətinə təqdim edilmə rüsumu (1,40 manat) alınır. Kiçik paketin çəkisi 500 qramdan artıq (2 kq-dək) olduqda isə əlavə 0,60 manat da verilmə rüsumu alınır, Cəmi 2,00 manat. Bağlama üçün isə çəkidən asılı olmayaraq həmişə 2,00 manat məbləğində yalnız gömrük nəzarətinə təqdim edilmə rüsumu alınır.

Kiçik paketlə bağlamanı ştrix-kod nömrələrinin 1-ci simvoluna görə fərqləndirmək olur. Belə ki, kiçik paketin ştrix kod nömrəsi “R” (sifarişli üçün) və ya “S” (sadə üçün) hərfi ilə başlayır. Bağlamanın ştrix kod nömrəsi isə həmişə “C” hərfi ilə başlayır.

Bir daha xatırladıram: gömrük nəzarətinə təqdim edilmə rüsumu ilə verilmə rüsumu arasında heç bir əlaqə yoxdur. Birinci rüsum həmişə alınır (kiçik paket üçün 1,40 manat, bağlama üçün 2,00 manat), ikinci rüsum isə yalnız çəkisi 500 qramdan artıq olan kiçik paket üçün alınır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

sadiq.ziyadov cavab verdi - Vergi ve Sosial (13 saat əvvəl)

E. Hacı cavab verdi - Vergi ve Sosial (13 saat əvvəl)

sadiq.ziyadov cavab verdi - Vergi ve Sosial (13 saat əvvəl)

E. Hacı cavab verdi - Vergi ve Sosial (13 saat əvvəl)

sadiq.ziyadov cavab verdi - Vergi ve Sosial (13 saat əvvəl)

E. Hacı cavab verdi - Vergi ve Sosial (14 saat əvvəl)

sadiq.ziyadov cavab verdi - Odenis qurmaq (14 saat əvvəl)

E. Hacı cavab verdi - Odenis qurmaq (14 saat əvvəl)

sadiq.ziyadov cavab verdi - Vergi ve Sosial (14 saat əvvəl)

E. Hacı cavab verdi - Vergi ve Sosial (14 saat əvvəl)

sadiq.ziyadov cavab verdi - Odenis qurmaq (14 saat əvvəl)

E. Hacı cavab verdi - Odenis qurmaq (14 saat əvvəl)

Mövlud Ahmedov cavab verdi - Amazon hesabımdan pul çıxarmaq (18 saat əvvəl)

CavidM cavab verdi - AliExpress'dən videoresgistrator almaq (1 gün əvvəl)

omermli0 cavab verdi - Maşın sürməyi öyrətmək üçün yer axtarıram (1 gün əvvəl)

Software Developer - 606 xal

E. Hacı - 598 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 423 xal

Ruslan Butdayev - 328 xal

Maqa - 300 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 21295 sualdan 93%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2019