Ebay-dən alınan mala görə POÇT ödənişi

Salam. Ola bilsin ki, sualım tam İKT sferasına aid deyil. Buna görə üzr istəyirəm. Sadəcə Ebay-dən yeni alış-veriş edən biri kimi bir sualım yaranıb. Təxminən eyni günlərdə 8 müxtəlif sifariş verdim, ümumi dəyəri 12 dollar məbləğində. Hər biri xırda əşyalar olub çəkilərinin ayrılıqda heç 500 qrama çatmayacağından da əminəm. Bilmək istərdim ki, Poçt-da həmin əşyalara görə fərdi qaydada məndən nə qədər ödəniş tələb olunacaq? Əvvəlcədən təşəkkür edirəm cavablarınıza görə.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

gunay1 (2014-02-03 20:17:20)
Azərpoçtdan emailimə gələn cavab Kiçik paketin maksimum çəkisi 2 kq, bağlamanınki isə 30 kq ola bilər. Gömrük nəzarətinə təqdim edilmə rüsumu çəkidən asılı olmayaraq kiçik paket üçün 1,40 manat, bağlama üçün isə 2,00 manat müəyyən edilmişdir. Əgər kiçik paketin çəkisi 500 qramdan artıq olarsa (yəni 500 qramla 2 kq arasında), onda digər rüsum da (0,60 manat) əlavə olaraq alınır. Deməli kiçik paketin çəkisi 500 qramadək olduqda yalnız gömrük nəzarətinə təqdim edilmə rüsumu (1,40 manat) alınır. Kiçik paketin çəkisi 500 qramdan artıq (2 kq-dək) olduqda isə əlavə 0,60 manat da verilmə rüsumu alınır, Cəmi 2,00 manat. Bağlama üçün isə çəkidən asılı olmayaraq həmişə 2,00 manat məbləğində yalnız gömrük nəzarətinə təqdim edilmə rüsumu alınır. Kiçik paketlə bağlamanı ştrix-kod nömrələrinin 1-ci simvoluna görə fərqləndirmək olur. Belə ki, kiçik paketin ştrix kod nömrəsi “R” (sifarişli üçün) və ya “S” (sadə üçün) hərfi ilə başlayır. Bağlamanın ştrix kod nömrəsi isə həmişə “C” hərfi ilə başlayır. Bir daha xatırladıram: gömrük nəzarətinə təqdim edilmə rüsumu ilə verilmə rüsumu arasında heç bir əlaqə yoxdur. Birinci rüsum həmişə alınır (kiçik paket üçün 1,40 manat, bağlama üçün 2,00 manat), ikinci rüsum isə yalnız çəkisi 500 qramdan artıq olan kiçik paket üçün alınır.

ShirvanShah (2014-01-19 14:25:02)
Haqlısınız, elə də oldu.

E. Hacı (2014-01-13 14:14:12)
Məbləğ yaxın zamanlarda dəqiqləşdirilib və sərtləşdirib. Mənə ümumiyyətlə pul almırdı poçtalyon son vaxtlaradək.

Ruslan (2014-01-13 11:25:33)
Amma mene diyirdiler ki ne verersen verersen sen diyen bir mebleq demirdiler mende 1manat verirem hemise

cavid639 (2014-01-08 21:00:24)
Poctdakilarin kefine baxacaq ayri ayri geldiyinnen heresinnen 1-2 manat arasi pul alacaqlar meselen mennen hemise 1.60 man alirlar.

Əkbər (2014-01-06 21:49:21)
Salam. 8 müxtəlif məhsul gəlirsə və heç birinin çəkisi 500 qramı keçmirsə hər məhsula görə 1.40 Yaniki 8 X 1.4 = 11.20 qepik pul ödəyəcəksiz ümumi bu məhsulların hamısına.

E. Hacı (2014-01-06 16:04:08)
Ayrı yerlərdə sifariş vermisiz deyə ayrı ayrı gələcək və ayrı pul tutulcaq. Eyni satıcıdan alsaydiz he o hamsını bir paketə qoyardı.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

ebay.com haqqında

İnternet klub adı

Ainol planşetləri keyfiyyətlidir?

Ubuntuda mobil modem

poçt göndərişlərinin gömrük rəsmiləşdirilməsi harda keçirilir

ebaydan aldığın malın tez gəlməsi