Salamlar. Son vaxtlar bu sual məni çox maraqlandırır.
Device kimi, gücünə görə Samsung Galaxy S4 -ün göstəriciləri gözəçarpandı. Amma əməliyyat sistemində baş verən problemlər, rəsmi upgrade-lərin ləğv olunması və s. problemlər bu telefonu gözdən salır.
Bir yandan da , Androidin "atası" olan Google istehsalı Nexus 5-ə baxırsan, 4 -core 2.3 ghz - pis deyil deyirsən - həm də ki, rəsmi update-lər də vaxtı vaxtında gəlir, Samsung kimi hər il bir modeli "dəbdə" edib bütün diqqəti ona ayırıb digərlərini unutmur.
Burada bəzi məqamlar məni düşünməyə vadar edir: GPU fərqləri:
Samsungda PowerVR SGX 544MP3
Nexus 5 -də Andreno 330
- Görəsən, hansının GPU -su daha güclüdür?
- Və digər bilmədiyim üstünlüklər - ümumiyyətlə, siz olsanız hansı Android Ə,S.- li telefona üstünlük verərdiniz?
**Nexus-un Ubuntu ilə də normal işləmək üstünlüyü var ;)
Ətraflı cavablar gözləyirəm .
Əvvəlcədən təşəkkür.