Youtube kanalındakı videoların baxış statistikası haqqında

Salam. Youtube kanalında yerləşdirdiyimiz video eyni zamanda embed kodlarla başqa bir saytda da yerləşdirilib. Embed kodların yerləşdirildiyi linkə təxminən 1500 daxil olmanın olduğu halda, Youtube statistikasında həmin videoya baxış sayı heç 100 deyil. Youtube embed kodlarla yerləşdirilən videoların və həmin embed videolardakı Adsense reklamlarının görüntülənməsini hesaba almırmı? Cavabınız üçün öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Jurnalist (2014-02-05 21:51:07)
Öncə, cavabınız üçün təkrar təşəkkürlər, Sübhan bəy! Dediyiniz fikirləri mən də ehtimal etmişəm. Amma,embed videonun müxtəlif real istifadəçilər tərəfindən həqiqətən izlənildiyi halda bunun Youtube statistikasınıda istər video görüntülənmə, istərsə də reklam görüntülənmə şəklində əks olunmaması çox təəcüblüdür...

Cabbarov Sübhan (2014-01-15 01:56:14)
1. Ola bilsin saytdakı linkə 1500 adam daxil olub, ama onların heç 10 nəfəri play düyməsini heç vurmuyub. Yəni videonu başlatmadıqca görüntü sayı dəyişmir. 2. Bir nəfər videoya 1 saatda 1000 və daha çox baxa bilər bu o demək deyil ki videoya 1000 dəfə baxılıb. Youtube'nin bunun üçün xüsusi hesablama düsturu var. Bildiyim qədər hər İP üzərindən bir video üçün 30 dəqiqədən bir baxış edildikdə baxış sayı hesaba alınır. Ancaq baxış sayı da həmin an dəyişməyə bilər

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

YouTube və Third party

Google Adsense bank hesabı

Youtube video yükləmək və öz kanalıma ılavə etmə

Adsense – Köməkçi bankın kommisiya tutulması

Google Adsense çek seçimi

Adsense reklam görünmür