Localhost’a başqa cihazlardan qoşulma

Salam. Komputerə XAMPP localhost quraşdırmışam. Bundan əvvəl necə etmişdimsə localhost'a eyni internet şəbəkəsi üzərində olan cihazlar qoşula bilirdi.  Ancaq indi nə qədər edirəmsə bu mümkün olmur.Mən Windows Firewall üzərində bəzi dəyişikliklər etdim, yeni qayda da əlavə etdim ancaq xeyri olmadı. Bilənlər köməklik etsin

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Cabbarov Sübhan (2014-01-17 16:38:48)
Köməyə görə çox sağolun

E. Hacı (2014-01-17 10:32:22)
Hmm əslində problem firewall-dadır kimi görünür. Çünki 80 portu açıqdırsa kənardan lokal İP-yə müraciət yönlənməlidir 127.0.0.1-ə. Windows ilə illərdir işləmirəm deyə unutmuşam, amma windows hosts papkasında 127.0.0.1 kenar_ip sətrini əlavə edib bir də yoxlayın. Bİr də bu linkə baxın, buda daha ümumi variantın həlli var: http://stackoverflow.com/questions/9682262/how-do-i-connect-to-this-localhost-from-another-computer-on-the-same-network

Cabbarov Sübhan (2014-01-17 01:10:09)
XAMPP

E. Hacı (2014-01-16 19:05:38)
Veb server hansı proqramdir?

Cabbarov Sübhan (2014-01-16 18:43:21)
httpd.conf yoxsa httpd-vhosts.conf faylına? Bu faylar içərisində dediyiniz kimi nümunə tapa bilmədim.

E. Hacı (2014-01-16 09:47:36)
Apache conf faylına lokal İP-nizi əlavə edin yeni virtual host kimi. Orda görəcəksiniz 127.0.0.1 üçün hazır var, onun üzərində copy paste ilə düzəltmək lazım