apk formatlı oyunları editləmək

Salam android sistemin oyunlarını (.apk) editləmək mümkündür? əgər mümkündüsə hansı proqramla olar?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

NModern (2014-01-26 01:50:24)
əslində Java bu mövzuda bir az axsayır, demək olar ki tam source kod çıxır, bunun qarşısını almaq üçün əvvəllər J2ME oyunlarda metodların və dəyişənlərin adlarını avtomatik dəyişən və eyni adlardan istifadə edən proqram yaratmışdılar, bu zaman dekompilyator çaş baş qalırdı və çıxan source kod işlək olmurdu və onu oxumaq da çətin olurdu. Android üçün hələm bunu etməyiblər deyəsən.

Bextiyar Azeroglu (2014-01-25 22:59:23)
her birinize tewekkur edirem.

E. Hacı (2014-01-24 18:25:44)
Apk üçün olanları bilmirəm necədir düzü, amma bir çox tiplər üçün olan decompilerler nəticəni fraqmentləri decompile edir bir növ, yəni əsl kodu almaq qeyri mümkündür bir çoxunda, geri dönüşsüz prosesdir compile, ona görə də decompiled versiya ancaq sadə proqramlarda dəqiq işləyirdi. Flash ilə bu barədə təcrübəm var deyə ordan bilirəm iş prinsipini.

NModern (2014-01-24 13:52:31)
http://forum.xda-developers.com/showthread.php?t=1910873 bu da linki, sonradan yenidən kompilyasiya etmək üçün ADT lazım ola bilər.

NModern (2014-01-24 13:51:19)
olar, APK to Java deyilen proqram var ki, onun komeyi ile apk fayllarin source kodlarını və içindəki digər çıxarmaq olur. Amma subvvayda qəpikləri dəyişmək alınar alınmaz dəqiq deyə bilmərəm, çünki o 3d qrafikadı, bir az müşkül olar bəlkə də olmaz. hər halda yoxlamaq lazımdır.

Bextiyar Azeroglu (2014-01-23 17:09:02)
yəni hər hansı oyunda birazca da olsa forma dəyişə bilərəm? məsəlçün subvay-də qəpikləri dəyişib öz qəpiklərimizi qoymaq olar??? :)

E. Hacı (2014-01-23 09:47:19)
Apk compiled versiyadır, onu proqramlaşdırma səviyyədə edit etmək olmaz, amma adi winzip ilə açıb içindəki manifest və digər konfiqurasiya fayllarını dəyişmək olur, əgər buna zərurət varsa.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

samsung note 2-də Whatsapp ilə mahnı göndərmək

Android developer

lenovo p 780 boot problemi

Hazır kodlaşdırma

samsung galaxy Tab 3 10.1 P5220 haqda

lenovo