Notebook açılmır

salam. notbuku yandlrıram açılmır və ekrana belə bir yazı gəlir: ''NTLDR is missing. Press  Ctrl+Alt +Del to restart'' bu problemi necə həll edə bilərəm? Qeyd edim ki, format eləmək istəmirəm. çünki, həm C diskində həm də D diskində mənə vacib olan şəxsi fayllarım var. əməliyyat sistemi XP-dir.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Rufet092 (2014-01-25 01:11:48)
videoya baxdım ancaq bir o qədər də başa düşmədim :) və məcbur oldum format elədim. C diskində mənə vacib olan fayllar çox olduğuna görə windowsu D diskinə yüklədim notbuk açıldı. qardaşım bütün suallarıma əziyyət çəkib cvb yazdığın üçün təşəkkürlər.

Dilsuz (2014-01-24 17:32:26)
Mümkündür, amma əyər bu işdə təcrübəniz yoxdursa ehtiyyatlı olun. Cox güman ki, sizdə bu fayllar zədələniblər: C:\ NTDETECT.COM, boot.ini, ntldr, rusca bilirsinizsə bura baxın eyni sizin problemin həlli yolu

Rufet092 (2014-01-24 16:18:33)
Recovery üçün notbukun üstündə gələn ''system recovery DVD'' diski ilə bunu etmək mümkündür?

Dilsuz (2014-01-24 15:04:53)
Mən bununçün Hiren`s Boot adlı livecd-dən istifadə eləyirəm, dvd özündəki proqram təminatı ilə yüklənir və sizə kompyuterin HDD-sini görmək və eləcədə ordaki fayllara baxmaq, onları kopiya eləmək imkanı yaradır. Daha təcrübəli istifadəçilər bu vasitə ilə proqram təminatında zədələnmiş faylları başqası ilə əvəzləyərək təmirdə edə bilərlər.Ümumiyyətlə siz hər şeydən öncə proqram təminatını "Recovery" eləməyə çalışın, əyər alınmasa üstdə göstərilən variantı həyata kiçirmək olar.

Rufet092 (2014-01-24 14:35:57)
Biosu default elədim yenə də açılmadı. Bəs livecd ilə faylları necə götürmək olar? Bu haqda o qeder de məlumatım yoxdur. Əgər mümkünsə ətraflı yazardız.

Dilsuz (2014-01-24 14:20:18)
Yox silinmir, bunun fayllara hec bir dəxli yoxdur.

Rufet092 (2014-01-24 14:06:42)
Biosu default edəndə c və d diskində olan fayllar silinir yoxsa qalır?

Dilsuz (2014-01-24 11:01:02)
Əməliyyat sisteminin yüklənmə problemi. Siz biosu default eləyin və sonra yoxlayın görün açılar. HDDni çıxarın yenidən birləşdirin. Fayılları götürmək isə, istənilən livecd vasitəsi ilə olar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

NOTEBOOKDA BLUETOOTHLA FAYL GÖNDƏRMƏK OLMUR

notebook

aliexpress 72 $-a i7 notebook?

Notebookun ekranına kiçik mürəkkəb (чернил) -i necə silmək olar ?

Notebook orginal klaviatura almaq

Notebook Wi-Fi connect problemi