Androiddə facebook app problemi

Salam.

S Galaxy S3 smartfonunu işlədirəm. 2 gün öncə facebook app-ı avtomatik yeniləndi. Və yenilənəndən sonra app-da hesabıma tam daxil ola bilmirəm. Login, parolu yazıram, növbəti addımda "Connection Lost, Tap to Retry" yazılır. Retry edəndə də heç nə alınmır. Facebook notificationu gəlir, ancaq üstünə vuranda app yenə açılmır. Sistemi sıfırlayıb zavod vəziyyətinə saldım, düzəldi, ancaq 15 dəqiqə sonra eyni problem yaşandı. 2ci dəfə sıfırladım, bu dəfə heç alınmadı. Kömək edə bilsəniz, çox sevinərəm.

Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

GuNesiMin_SefeQi (2014-06-23 21:13:50)
Googlede facebook messenger apk axtarn butun versiyalar gelmelidi (gelmese facebook apk axtarn) ordan kohne versiya yuklesez duzeler

caki (2014-02-12 17:13:06)
zehmet olmasa handan tapdiz diyerdizde menede mende goturerdim eyni problem mendede var

Kənan (2014-02-03 13:59:26)
Köhnə versiyanı yüklədim. Çox sağ olun.

Məmmədov Toğrul (2014-01-28 23:13:20)
salam bu hallari men samsung telefonu olan taniwlarimda gormuwem bu hal yeni versiyadan sonra olub mende lenovodur bele hal heleki baw vermeyib

E. Hacı (2014-01-27 09:30:56)
Salam. Belə hallarda heç vaxt sıfırlamayın sistemi. Applications-dan facebook app-ı seçib clear cache yoxlayın, düzəlməsə, clear data edin. Belədə düzələck, amma dediyiniz kimi bir az sonra yenə ilişsə deməli bu versiya sizin telefonla hələ ki uyumlu deyil, ona görə də silin cari son versiyanı, apktop.com tipli saytlardan bir az köhnə versiyanə yükləyib işlədin. Facebook-un daha bir yenilənməsi çıxanda ən son versiyaya qayıdın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Komputer Donur….Ekran Qaralır

Java, android proqramlaşdırma ilə işləmək üçün proqram

Facebook profilimə yenidən qovuşmaq

Android Huawei Y530-U00 ayarları

Android jar faylları açmır

Android ƏS-də qovluğa parol qoymaq