.htaccess qovluq qadağası

Salam. Belə bir saulım var: Deyək ki www.sayt.com adında bir sayt var və bunu içində "yeni" adlı qovluq var ( www.sayt.com/yeni/). İndi mən istəyirəm ki "yeni" qovluğundan əsas qovluqla (www.sayt.com, puplic_html) heç bir dəyişiklik etməməsi üçün qadağa qoyum. Məsələn yeni qovluğunda belə və buna bənzər kodlar işləməsin:  <?php unlink('../index.php'); ?> Bu qadağanı .htaccess ilə etmək olarmı? Olmursa başqa necə etmək olar?  

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Cabbarov Sübhan (2014-01-29 02:10:41)
Diyəsən bu iş alınmayacaq :) Məlumata görə çox sağolun

Emin Rəhmanov (2014-01-28 14:21:33)
adi shared hostingi server kimi isletmek isteyirsen anladigim qederile :) public html icinde bir nece papka yaradib onlari da ayri ayri public_html kimi gostermek isteyirsen.? ele etmekdense her bir saytlari add domain et ayri ayri host ver. sen deyen kimi etsende bu problem yaradacaq. cunku o biri papkalarda yerlewenler de saytlardi. ve orda da kodlar islemelidi. yene de css javascript image fayllar saxlanilsaydi o papkalarda o zaman nese etmek olardi. lap qadaga qoysan da php kodlarin islemeyine onda yene o parent qovluqdaki sayt isleyecek child papkadaki saytlar islemeyecek.

Cabbarov Sübhan (2014-01-27 16:26:47)
Bir hostinq içərisində, birdən çox sayt yerləşir. Bu saytarda hərəsi puplic_html içərisində ayrı qovluqda işləyir. Ola bilsin kimsə öz saytı içərisindən hostinqdə olan digər saytlara zərər verə bilsin. Bunun qarşısını almaq istəyirəm

VendeTTA (2014-01-27 14:30:12)
disable_functions ancaq php.ini -dən idarə oluna bilər. .htaccesslə mümkün deyil. Sualı bir az da konkretləşdirə bilərsən ? Məqsəd nədir ?

Cabbarov Sübhan (2014-01-27 13:28:17)
Xeyir, qovluğun görünüb-görünməməsi lazım deyil. İç qovluqlar əsas qovluqlar ilə işləyə bilməməlidir. Lap sadə dildə desək: Kiçik qardaş, böyük qardaşı döyməməlidi :)

Elnur (2014-01-27 13:12:42)
mesele sayt.com/css achirsan her shey gorunur isteyirsen gorunmesin? onda papkanin qabagina # qoy

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

DLE alt qovluqların təhlükəsizliyi

.htaccess rewrite də kömək lazımdır

Jquery setInterval() əsas səhifadə işləmir.

htaccess problemi

htaccess subdomen olmayanda 404 xətası versin

.htaccess haqda mənbə