Şifrələnmiş PHP Fayl

İstənilən kodlaşdırılmış php faylı geriyə açmaq olur ? Əgər olmursa , hansı saytda elə kodlaşdırmaq olarki onu heç kim aça bilməsin ?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

NModern (2014-02-01 11:45:15)
PHP ionCube deyilən bir şifrələmə vasitəsi var, amma o da pulludur və Server tərəfindən dəstklənməlidir. http://www.ioncube.com/php_encoder.php?gclid=CLvCjpO3qrwCFSvHtAodzhgA8Q bu saytda baxa bilərsiniz.

E. Hacı (2014-01-29 21:51:56)
Xeyr, hostinq etibarlıdırsa heç kim çəkə bilməz. Siz yaxşı olar ki keyfiyyətli hostinq haqda düşünəsiniz. php faylları isə daxilindəki html kodları filan kriptə etmək olsa da kodun özünü kriptə etmək by default yoxdur elə şey. Olsa dolayı yolla hansısa server proqramı ilə mümkün olar, bu isə lazımsız işdir, çünki dediyim kimi normal serverdən php kodunu götürmək olmaz

ZoNe_ADMIRAL (2014-01-29 12:24:46)
Çox adam çəkə bilir hostingdən php faylını , sadəcə lazımdır , bilmək istəyirəm . Açmaq mümkündür ?

E. Hacı (2014-01-29 12:16:03)
Salam. Lütfən istəyinizi aydın bildirin. Bu sizə nə məqsədlə lazımdır və siz kodda nəyi kriptə etmək istəyirsiniz. PHP onsuz da serverdə işləyir deyə heç kim php kodlarınızı görə bilmir.