Linkbucks yönlənmə problemi

Salam.Mən evdəki internetdən (fərqi yoxdur PC və ya mobil cihaz) hansı linki açıramsa bu sayta yönlənir-http://www.linkbucks.com/ 5 saniyə falan gözlədikdən sonra istədiyim linkə baxa bilirəm. Bunu necə aradan qaldırım?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2014-02-05 09:44:21)
Telefonun öz interneti ilə ya wifi ilə? Wifi ilədirsə onda modemin ayarlarına baxmaq lazım. Telefonun öz interneti ilə yəqin ki deyil elə

Darky Pislick (2014-02-05 09:11:07)
İş orasındadır ki telefon ilə də linkləri açanda ora yönlənir.

E. Hacı (2014-02-05 07:41:01)
Salam. Bu kompüterə düşmüş virus xarakterli spam proqramdır yəqin ki. Yəni Windows-luqdur. Add or Remove programs-a girib tanımadığınız bütün proqramları silin.

Kenan (2014-02-05 00:19:58)
provaydernən əlaqə saxlayın o deyər