Böyük wireless antenna istifadə edərkən lisenziya almaq

Bu gün bir mağazada 330 manata 2 metr uzunluğunda 10 kq ağırlıqda böyük wireless antena var idi. O antena istifade ederken lisenziya almaq lazımdı?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Sabir_Azeri (2014-02-04 22:44:26)
Teşekkürler melumata göre

NizamiA (2014-02-04 18:30:07)
Xüsusi lisenziya antennanın böyüklüyünə-kiçikliyinə görə deyil, ötürmə məsafəsinin uzunluğuna və ondan istifadə şərtlərinə görə tələb olunur. Kommersiya məqsədlərilə Bakının mərkəzi küçələrində, parklar və ictimai yerlərdə wifi provayder kimi xidmət göstərən "hotspot"-u misal kimi göstəmək olar. Daha güclü ötürücü eyni dalğa zolağında işləyən digər istifadəçilərin wifi signallarının boğulmasına səbəb olmaqdadır. "Citizen Band" - Xüsusi lisenziyaya ehtiyac duymadan, uzaq məsafələrdə yerləşən iki mərkəz arasında rabitə qurmaq üçün 360 dərəcə bucaqlı deyil, birbaşa yəni ötürücülüyü yalnız bir istiqamətdə işləyə bilən "directional" antennalardan istifadə olunmalıdır. Bu zaman çevrəyə zərər (interferensiya) vermədən daha uzaq məsafədə daha stabil rabitə yaratmaq mümkündür. "directional" antennalarla siqnalların ötürülməsi və qəbulu bir istiqamətli olduğu üçün məsafə və ötürücülük əmsalı da dB asılı olaraq qat-qat güclü olur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Canli Yayim

Digium Phone Module for Asterisk (DPMA)

Dükana qaytarmaq istədiyim laptopda Lisenziyalı win10 məsələsi

Online oyun saytı

Ödəmə sistemi yaratmaq üçün lisenziya almaq lazımdır?

Kurs açmaq üçün rəsmi razılıq vacibdir ?