Twodollarclick.com withdrawal

Salam axşamınız xeyir olsun.Size bir sualim var. Tvvodollarclick.com saytindan 1000 dollar yığmışam . Bu pulu payza və ya paypalla çəkməliyəm . Bilmək istəyirəm ki bu payza ve ya paypaldan hansi Azerbaycanda işləyir . Hansı ilə götürəndə daha əlverisli olar. Ümumiyyətlə bu ne dərəcədə mümkündür ve belet sey mümkündürmü ? Əvvəlcədən təşəkkürümü bildirirəm . Cox sag olun.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2014-02-05 07:37:48)
Məncə yox, bu tip saytların demək olar hamısı dələduzdur, balansı yalançı toplayırlar, ödəməyə gələndə min cür yeni şərtlər çıxarırlar. Havayı pendir yalnız siçan tələsində olur. Hamının edə biləcəyi şeyi etməklə internetdə heç kimə pul vermirlər. Mütləq bilik, bacarıq sərfiyyatı lazımdır ki pul da ödənilə. Reklama baxmaqla pul, bu hamsı nağıldır. Orada pul o reklamdan gəlmir onlara, adi şəbəkə ticarəti prinsipidir, bəzi insanlar ora dövriyyəsimi artırrmaq, nə bilim point filan almaq üçün pul yatırır, bax o pullardır onlara lazım olan və userlərə də cüzi edilən ödəniş, reklama baxmaq isə sadəcə dələduzluqla baş aldatmaqdır, o reklamların sahiblərinin heç o reklamdan xəbəri yoxdur. maskirovkadır bir növ. Qaldı Payza-ya, hər saytın öz qeydiyyat qaydaları olur, əgər problem olarsa, support bölməsinə yazıb cavab ala bilərsiniz. Transaction İD artıq ödənişə aid məsələdir, baş vermiş ödənişin kodunu istəyir. Nəsə belə bir şey

Ismayil Namazov (2014-02-05 01:50:03)
Qardaş o hər reklama görə 2 dollar ödəyir ama o real deyil yəni sizi aldadır ehdiyatlı olun belı şeylərdən. vaxtınızı boşa keçirirsiz

Nicat666 (2014-02-05 00:34:22)
Qardas men payzadan qeydiyyatdan kecmek isteyirem bele bir soz yazilir ikinci etapda Transaction PIN. bu pini nece elde edim ?

Nicat666 (2014-02-04 23:56:11)
Umumiyyetle bu real birseydi qardas ?

E. Hacı (2014-02-04 23:33:21)
Paypal ilə mümkün deyil, Payza ilə mümkündür https://www.payza.com/features/local-payment-options