SMS ödənişlər qəbulu

Salam. Mən sayt vasitəsilə sms ödənişlər qəbul etmək istəyirəm. Misal üçün elektron kitab, proqram və ya hər hansı servis. Bu vap saytlarda bal yükləmə sisteminə bənzəyir. Bilmək istərdim, yerli mobil operatorlar hansı tariflərlə işləyir ? Eyni zamanda hansısa APİ və ya sənədləşmə tələb edirlərmi ?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

FB_100003535729398 (2014-02-06 09:23:09)
Cavablarınıza görə təşəkkür edirəm. Mən də bilirəm ki, qısa nömrə almaq çətin və bahalı məsələdir. Kontent provayderləri araşdırdığımda məlum oldu ki, ən yaxşı halda 27% mal sahibinə çatır. Amma bu tip ödənişlərin kütləvi olması müsbət tərəfidir. Bu baxımdan ona alternativ görmürəm. Nə kredit kartları ilə ödəniş, nə də ki Netmoney tipli vasitələr bu baxımdan smslərə çata bilməz

E. Hacı (2014-02-05 20:09:10)
Bu yalnız maya dəyəri olmayan məhsulların satışı üçün sərf edir(hansısa saytda bal yükləmək, sms səsvermədə səs vermək və.s. ) Nəyin ki maya dəyəri var(kitab və ya hansısa fiziki əşya) onu sms-lə satmaq sadəcə mümkün deyil. Çünki 1.özünüz hüquqi şəxs yaradıb onunla müqavilə bağlayıb qısa nömrələr alsaz APİ-lərini sisteminizə inteqrasiya etsəniz bu halda operator 50% pay götürəcək özünə hər ödənişdə. Bu isə ticarət üçün fantastik paydır, çünki sizin malı satarkən xeyriniz yəqin ki 20-30%-dir uzağı. 2. Hansısa hazır qısa nömrə xidmətlərinə qoşulub daha asan yolla, şirkət açmadan bu sistemə qoşulsaz o halda da 25% sizə qalacaq, 25% işi düz qoş edənə, 50% də operatora. Ona görə də internet ticarətdə sms alış veriş qəti əlverişli deyil. Ondansa plastik kartla onlayn ödəmə yaxşıdır. O halda təxminən 97% sizə çatır, 3% xidməti təşkil edənlərə

Cabbarov Sübhan (2014-02-05 16:26:58)
Hər operatorun öz tarifləri. Bunun əvvəlcə qısa nömrə almalısız, daha sonra isə operator özü qalan işləri görür. Operatur sizin istəyinizə əsas hansısa bazada dəyişilik edir və ya sizə bildiriş göndərir, bu bildiriş əsasında siz özünü öz işinizi görürsüz. Müqavilə bağlamaq şərtdir.