Azərbaycanda Bitcoin Mining və Bitcoinin real pula çevrilməsi

Salamlar. Son vaxtlar Bitcoin Mining məni çox maraqlandırır. Bitcoin mining, bitcoin haqda bir qədər araşdırma etmişəm, başlamaq üçün elə də çox şey və çox xərc tələb olunmur. İnanmaq üçün isə ciddi sübutlar yoxdur - ki, bu həqiqətən qazanc mənbəyi olacaq yoxsa daha da zərər olacaq mənə? Deyək ki, lazım olan qurguları aldım, Ə.S, və s. qurdum, və başladı işləməyə. Təqribi 2-3 GHZ gücündə olan bir Bitcoin Miner hazırladım, buna bizim internet sürəti (ümumi ölkənin sürəti) və ya internetə çıxış icazəsi və s. kimi amillər mənfi təsir edə bilərmi? Lap deyək ki, işlədi, bitcoinlər yığılmağa başladı. Yığılan bitcoini bizim banklardan (məs. Beynəlxalq Bank) hesabıma real pul kimi çevirə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Eliaga (2016-05-11 12:40:36)
Bu saytda bitcoin nağdlaşdıra bilərsiniz və ya əksinə bitcoin ala bilərsiniz. Sayt Azərbaycan dilindədir. http://epas.ga EPAS-Elektron Pulların Alqı-Satqısı

E. Hacı (2014-02-07 12:55:16)
Bunu da buradan hesablaya bilərsiz. Qiymətinin dəqiq bilmədiyiniz sahələri də təxminən yazmaq olar http://www.bitcoinx.com/profit/ Və ya daha sadəsi http://www.alloscomp.com/bitcoin/calculator

Alibeyov (2014-02-07 11:57:38)
Cavaba görə çox sag olun. Bəs deyə bilərsiniz, 2-3 ghz -ə yaxın gücü olan bitcoin miner 1 ay ərzində fasiləsiz işləsə neçə bitcoin yarada bilər?

E. Hacı (2014-02-06 23:23:35)
Aparat təminatı və ya internet baxımından hər hansı problem olacağını sanmıram. Kiçik formada etmişdi uşaqlardan hansısa, normal gedirdi, və qəpik qurus da yığılmışdı artıq. Qaldı nəqdləşdirməyə, onu bizim banklarda edə bilməzsiz. Yalnız internet üzərində bu işi təskil edən saytlarda cari bitcoininizi istənilən valyutaya çevirmək mümkündür. Forex kimi bir deyə çevrilib bu da, əməlli başlı trend, dinamika qrafikləri və s göstərilir saytlarda. Həmin saytlarda real pula çevirəndən sorna artıq bir yolunu tapıb Azərbaycanı dəstəkləyən paypal tipli hansısa sayt ilə pulu əldə etmək olar yəqin ki. Uzun yoldur bir sözlə. Harasa xərclədiyeceyiniz təqdirdə isə normal və faydalı bir iş kimi görünür.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Webmoney hesabı bağlamaq

LG smart tv bizim kanallari tutmur.

Wireless Settings region seçimi

İrandan Azərbaycana gələn mallar olan elektron mağaza

Subliminal mesajın cəzaları

City Guide və aparat sürətləndiricisi