YouTube bazasındakı bütün videoların sıralanması

Salam dostlar, bu yaxınlarda YouTube-da ən çox baxılan videoları (all times) izləmək istədim, ancaq necə edəcəyimi bilmədim. Süni intellektə əsasən fikirləşirdim ki, axtarış sətrinə "*" yazmaqla YouTube-da olan bütün videoları siyahılayacam və sonra sıralamaq asan olacaq. Amma axtarış sətrinə "*" yazmaqla bir şey əldə edə bilmədim. Çıxış yolu kimi "A" hərfi yazıb, axtarış edib, sıraladım, yəni düşündüm ki, ehtimal ki, istənilən videonun adında "A" hərfi olacaq, lakin bunun universal həll olduğunu düşünmürəm. Ona görə ki, YouTube-a rus, gürcü, çin, yapon kimi millətlər də video yükləyir və onların videofayllarının adı böyük ehtimalla latın hərflərindən ibarət olmayacaq. Sual: Necə edə bilərəm ki, YouTube-da olan BÜTÜN videolar BAXIŞ SAYINA görə sıralansın? Sualım aydın olmadısa, başqa cür deyim: YouTube bazasındakı videolardan baxış sayına görə Top 5000 videonu siyahılamaq üçün nə etməliyəm?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2014-02-08 21:41:54)
Salam. Youtube axtarış ilə belə nəticələri sizə verməz. Çünki axtarış nəticələri heç də daim birbaşa bazanın hamsını göstərmir, arada cache, location , aktuallıq və.s. alqoritmləri var. Yəni o siz deyən kiçik saytların daxili axtarışıdır ki hansısa hərfi daşıyan bütün nəticələri axtarış çıxarsın sql sorğu ilə. Youtube isə on minlərlə serverdə yerləşən paylanmış sistemdir, necə deyərlər əcaib struktura malikdir. Siz deyən videolar üçün isə youtube-un öz xidməti var Youtube Charts, amma təəssüf ki 4 ay olar ki o xidməti heç nə demədən bağlayıb Google. Lakin APİ ilə başqa saytlardan öyrənmək olar. Məsələn http://en.wikipedia.org/wiki/List_of_most_viewed_YouTube_videos http://en.videotrine.com/all/youtube/all-time

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Komputer görüntüdə problem….

Youtube-da tam ekrana keçdikdə səs qırıq-qırıq olur

youtube video

Youtube problem

YouTubeden necə pul qazanım?

Youtube telimdə açmır