nokia-da unudulmuş kodu sıfırlamaq

Nokia 2220s telefonum var. Kod yazmışam amma indi kod yadımdan çıxıb. Onun kodunu necə açmaq olar. Belə proqram var?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Rauf celilzade (2018-03-22 22:22:27)
Birdə master code nədir onu hara yaziriq

Rauf celilzade (2018-03-22 22:20:41)
Salam mənim telefonum nokia 215di kodu yadımdan çıxıb nə edə bilərəm kömək etsəz sevinərəm indidən təşşəkkur

amiko (2014-02-13 23:13:46)
Sağ olun çalışaram. Yenədə sağ olun...

NModern (2014-02-10 21:43:44)
Telefon açılır sadəcə olaraq kodu bilmədiyiniz üçün dəyişə bilmirsinizsə onda Sizə Jaf emulator proqramı kömək edər. Həmin proqram vasitəsilə kodu tapmaq mümkündür. amma ola bilər ki adi USB şnur buna kifayət etməsin. Xüsusi qurğu var ki, telefonun batareya yerinə taxılır və onun vasitəsilə kodu sındırmaq və ya ümumiyyətlə telefonun proqramını yenidən yükləmək olur. Əgər telefon ümumiyyətlə açılmırsa yəni kod istəyirsə, yenə də yuxarıdakı metoddan istifadə edə bilərsiniz. Bundan başqa Telefonun əməliyyat sistemini FLash etmək olar. İnternetdən telefonunuzun ROM-una uyğun ROM tapıb yükləyin. Sonra Jaf emulator və ya Pheonix proqramı vasitəsilə Flash edin. Necə FLash olunması qaydalarını internetdə tapa bilərsiniz. Amma onu nəzərə alın ki, bu zaman telefonunuzdakı bütün məlumatlar silinəcək(yaddaş kartından savayı), və bir ehtimal da var ki, telefon bundan sonra ümumiyyətlə işləməsin.

amiko (2014-02-09 21:11:51)
Alınmır dost...

E. Hacı (2014-02-09 21:08:17)
Necə yəni alınmır? Hard reset kombinasiyası alınmaya bilməz, sadəcə düzgüb yığmaq lazımdır kodu.

amiko (2014-02-09 21:05:03)
Sağ ol amma alınmır. Yenə də sağ ol...

E. Hacı (2014-02-09 20:22:09)
Sistemi reset etməkdən başqa yolu yoxdir mən bildiyim qədərilə. Əgər yolu olsaydı bu Nokia üçün ciddi çatışmazlıq demək olardı. Ya parolu tapmaq ya da sistemdə hər şeyi silib telefonu təzəymiş kimi hala gətirmək lazımdır. Reset etmək üçün yol haqda link: http://www.hard-reset.com/nokia-2220-hard-reset.html