Paypal-da qeydiyyatla bağlı sual

salam. məndə kapital bankın visa electron kartı var. həmin bu kartı paypal-da qeydiyyat eləmişəm ancaq hesabımı təsdiqliyə bilmirəm. belə ki, qeydiyyatdan sonra banka zəng etdim və paypalın göndərməli olduğu 4 rəqəmli kodu istədim. mənə belə bir kodun gəlmədiyini və hesabımdan ardıcıl olaraq paypal tərəfindən 2 dəfə 1 dollar çıxıldığını bildirdilər. bildiyimə görə əslində 1.95 dollar çıxılmalı idi və banka 4 rəqəmli kodu göndərməliydilər. bilmək istərdim ardıcıl olaraq bu 1 dollar nəyə görə çıxılıb?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

ElectroTT (2014-02-12 21:06:21)
Məndə kod 1 cə günə göndərildi banka =)

Rufet092 (2014-02-09 20:18:33)
cavablar üçün çox sağolun. pin kodu tapıb təsdiq edə bildim.

Rufet092 (2014-02-09 19:48:07)
əməliyyatlar siyahısına baxdım 10 rəqəmli pin kod var. 4 rəqəmli yoxdu.

E. Hacı (2014-02-09 18:13:15)
Əlbəttə. Girin, o bir dollarlar çıxan əməliyyata baxın. Orda əməliyyatın adında pin kod olmalıdır

Rufet092 (2014-02-09 17:02:35)
ayın 6-sı qeydiyyatdan keçmişəm. sbh banka zəng edib yenədə soruşaram. birdəki mən internet bankçılıq xidmətinə qoşulmuşam bu xidmətə daxil olub öyrənə bilərəm?

Dilsuz (2014-02-09 11:22:36)
2-3 gümə kod banka göndərilir , 1 dolların isə birini sizə qaytaracaqlar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

online alışveriş geri ödəmə sonrası məhsulun gəlməsi

ebay-da ödənişi geri almaq

Paypal-dan alınan malın harda olmasını bilmək

Paypal pulu çıxartmaq

PTC saytlarından Paypala pul Göndərmək

Paypal kartının qiyməti