Tracking number aktivləşmə tarixi

Salam. Məni bu sual çox maraqlandırır.. eBayda sifariş verdik də verilən izləmə kodların bəziləri bir neçə həftə keçdikdən sonra işləyir.. Mənim əsas sualım odur ki, göndərilən ölkədən izləmə kodu göstərməli deyil ?. Yəni oradan yola salınıb deyə?. Təşəkkürlər öncədən..

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Rehim 555 (2014-02-10 15:01:42)
mən 10dollardan az aldim vermediler ama o biri sifarislerde veribler 2dune 13gune isleyib

EL (2014-02-10 02:18:59)
Baxır satıcıya. Mən bir neçə dəfə http://www.tinydeal.com/ saytından sifariş vermişəm. 2 dəfə telefon və sairə şeylər. olub ki izləmə kodunu 3 günə veribler, olub ki yeni il qabağı 15 gün çəkib. səbəbi yüklənmə və malın stokda olmaması. Ancaq mal Çindən çıxan kimi treck number verilib və izləmişəm. Təqribi 20 günə də gəlib çatıb. Ümumilikdə 30-40 günə Bakıya çatır. istisna halları çıxmaq şərtiynən. Yəni bir balaca səbr etmək lazımdı və ya satıcıdan gecikmənin səbəbini soruşmaq.

NatiqDizayn (2014-02-09 17:07:07)
məndə də hal hazırda elə vəziyyətdir. izləmə kodu verilib. 4 gündür keçib üzərindən. hələdə göstəriş yoxdur. izləmə kodu çindəndir..

Sabir_Azeri (2014-02-09 16:56:32)
Gösterilmelidir. Buna en çox Çin poçtlarında rast gelirem. İngiltereden, Latviyadan, Amerikadan sifariş verende mal yüklenen kimi izleme kodu işleyir. Bunun üçün Iphonelara proqram var, men onun vasitesile bildiriş alıram mal yerin deyişende. Çinden alınan 15$-lıq saata da izleme kodu verirler, ama çox zaman işlemir.Formal xarakter daşıyır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Tracking Number