Amazon-dan 5 ədəd kompüter parçası mümkündürmü?

özüm üçün ümumi dəyəri 780 manat olan 5 kompüter parçası sifariş etsəm bunlardan hansına görə gömrük haqqı ödəyəcəm və hansılar ünvana gəlməyə bilər və əyər varsa bu haqa qanunu hardan oxuya bilərəm əvvəlcədən təşəkkür edirəm. cpu $335 motherboard $159 ssd $210 ram $165 power suply $120

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Ləman (2014-02-11 02:38:26)
Çox sağolun elə bugun danışdım hə düzdürki biraz baha çıxır nə etmək olar bəzi modellər bakıda heç satışda yoxdur və ya ikiqat baha olduğundan buda sərfəlidir təşəkkür edirəm.

Ləman (2014-02-11 02:36:28)
Hə anladım çox sağolun üçüncü tərəf şirkətidə tapdım usa2baku adlanır. Təşəkkürlər.

E. Hacı (2014-02-10 18:53:40)
Qeyd olunmalıdır amma təəssüf ki link bilmirəm hazırda, dekabrda bir sıra saytlarda çıxmışdı, həm də ən əsası daim məhsul alan tanışlar təsdiq edirlər. Ki daha ilişmir

Sabir_Azeri (2014-02-10 18:46:35)
Elvin eger doğurdan da 200$ baryeri götürülübse ondan elektron eşyaların qiymetlerinde ucuzlaşma olacaq. Çünki vergiler çox idi. Dövlet saytlarında qeyd olunub bu deyişikliyin qeyd olunması?

Sabir_Azeri (2014-02-10 18:14:56)
Amazon-dan alırsınızsa Usa2Baku şirketi var, olarnan maraqlanın. Bağlama böyük olduqda çox pul alırlar serf etmir. Yığcam hecmli eşyalarda serf edir.

E. Hacı (2014-02-10 10:04:01)
Yo daha 200$ əngəli yoxdur bu ildən, aylıq 1000$ baryeri var. Yəni bir nəfərin adına aylıq 1000$i aşsa rüsum düşür. Ümumiyyətlə gəlməyə bilməz ehtimalı həmişə var amma kiçikdir, yani poçtdur da bu heç vaxt demək olmaz ki yüz faiz gələcək. Bəzən yolda itbat filan olur. Amma bunlar çox kiçik ehtimaldır şəxsən mən nə alıramsa gəlir çatır həmişə. Şirkət haqda sualı isə başa düşmədim. Satan şirkət deyirsizse o haqda satıcı reytinqinə, alıcı şərhlərinə, texniki saytlardan fikirlərə baxmaq lazımdır

Ləman (2014-02-10 03:04:44)
Salam əvvəlcə bu qədər tez cavabladığınız üçün təşəkkür edirəm bütün mallar gəlməyə bilməz axı məncə? bu istəlinən kompüter hissələrinə aiddir? çünki neçə nəfər ssd sifariş edib bilirəm və burda dəyəri 200 dolları keçən iki hissə var cpu intel 335 və ssdi ssdinin 150 dollar olanını seçə bilərəm ama. üçüncü tərəf şirkət hansıdır xahiş edirəm bu suallarımıda cavablandırardınız zəhmət olmasa.

E. Hacı (2014-02-10 02:40:18)
1.yeqin bilirsiz ki amazon o malları bura göndərmir. Üçüncü tərəf köməkçi xidmət şirkətlərindən istifadə etmək lazımdır 2. Heç bir problem olmamalıdır, hamsı gəlməlidir əgər sifariş verə bilsez üçüncü tərəf şirkətlərə

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Amazon hesabımdan 99 dollar çıxıb.

Malım gömrükdə galıb

Gomruk rusumu

Aldığım telefon gömrükdə saxlanıla bilərmi?

Polo D3200 Kamerası 200 dollara serfelidir?

SƏS Dəyiçtirici Cihaz Qadağandırmı?