Forex haqda məlumat

salam mən foreks.az saytı haqqında öyrənmək istədiyim şeylər var..bu saytdan istifadə edən var?bu haqda bilən varsa çox xahiş eliyirəm yazsın

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

muric55 (2014-02-20 21:05:11)
başa düşdüm..onda belə cıxırki əlverişli şey deyildə..adam bankrot olar

E. Hacı (2014-02-20 15:49:31)
Bəli təxminən elədir. Qalxanda qazanirsiz düşəndə itirirsiz. Qalxıb düşməni de siz yox profeisonallar daha yaxşı proqnozlaşdırdigindan siz nə alsaz alın düşəcək və sizin pullarınız axacaq başqasının cibinə.

muric55 (2014-02-19 20:35:32)
mənim azdan çoxdan başım çıxır..məsələn dollar alırsan 1.3755 satırsan 1.3762-yə..belədidə?yəni belə qazanmaq olur hə?düz başa düşmüşəm?pul itkisi necə ola bilərki..mən neynəsəm məsələn pulum gedər?

E. Hacı (2014-02-19 16:27:09)
Salam. Foreks geniş mövzudur, valyuta bazarıdır, peşə sahəsidir. Elə belə boş vaxtda məşğul olum pul qazanım deyə bir şey deyil, Əksinə birja akulalarının gəzişdiyi, pul qazanmaq həvəsi ilə ora atılan kiçik balıqları ov üçün gözlədikləri bir sahədir :) Yəni ki foreksə girişmək həvəsi olsa gərək tam ciddi texniki, funksional və psixoloji baxımdan bilgili olasınız və bu işə sənət kimi yanaşasız. Əks halda sadəcə pulunuz gedəcək.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Binary pul qazanmaq

IQ Option etibarlıdırmı?

Forexden icmarketsdə pul çəkmək

Forex sayti haqqinda

İnvestAz və Forex

investaz məlumat