Yerli (Bakıda olacaq) serverlə bağlı sual

Xoş günlər, Öyrənmək istərdim, web saytarı host etmək üçün yerli server almağa dəyərmi. Bəli məbləği orta səviyyəli server üçün 10.000Azn + olacaq amma yenə də. Servern yerli (Bakıda) olmasının problemləri nələr ola bilər, hansı çətinliklərlə qarşılaşa bilərik. Bir də serverin setup edilməsi ilə bağlı tanıdığınız məsləhətli şirkət varsa lütfən onu da qeyd edin (təqribi qiyməti də olsa əla olar). Öncədən təşəkkürlər, Ələkbər

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2014-02-21 09:58:39)
Salam. Ultra, RİSK şirkətləri belə işlərlə məşğuldur, müraicət etmək olar, yəni quraşdırmaq filan. Amma Azərbaycanda fiziki server məsləhət deyil. Azərbaycan internet infrastrukturunun hələ ki tam inkişaf etməməsi sizə bu sahədə biznes qurmağa imkan verməz, əmin olun. Yüksək sürətli giriş-çıxış trafiki, kəsintisiz enerji, generatorlar və.s. bunlar ağır məsələlərdir. Amma illah yerli server istəyirsizsə Delta telekom belə imkan təklif edir, sıfırdan qurmaq artıq işdir. Onların datacenterlərindən server kiralayırsız və istədiyiniz qanuni məqsədlə istifadə edirsiz. Belə adamlar var hazırda xeyli, ki Delta-dan server alıb biznes məqsədlə istifadə edirlər, hostinq satırlar. Və ya sadəcə dedicated şəxsi server olaraq istifadə edirlər.

hackery (2014-02-21 03:59:48)
10000 min kim deyir.ucuzdu.cibinə uyğun.mən danışmışdım Puluna uyğun server təklifləri var

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Server üçün prosessor

vk.com-un video hostinginden qazanc

VPS`lə domeni necə birləşdirmək lazımdır?

htaccess faylının işləməsi üçün

sayt ucun hosdinq

Server qurmaq