Android-də internetdən yüklənən faylı birbaşa karta yükləmək.

salam. telefonun yaddaşında az yer qaldığı üçün internetdən yüklədiyim faylları birbaşa olaraq kartın yaddaşına yükləyə bilmirəm. bunu necə düzəldə bilərəm ki, yüklədiyim fayl karta yüklənsin? hər-hansı proqramla yoxsa parametrlərə daxil olub nəsə etməliyəm? Model: samsung galaxy ace 3 gt-s7272 Android versiya 4.2.2

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

aysu bagirova (2016-09-03 00:25:38)
salam prilojeniya bolumune girdiyden sora ne etmeliyiy xaish dein:(

Eti526 (2014-02-22 18:29:07)
Xeyir, Root etdikdən sonra telefonun öz standart proqramlarını silmək olur mən bilən

Rufet092 (2014-02-22 17:16:50)
tşk. dediyiviz qayda ilə app-ları karta köçürə bildim. brauzerə qaldıqda isə telefonda chrome-da var, opera da var ancaq onlarda da yüklənən faylı birbaşa karta köçürtmək mümkünsüzdü.

Rufet092 (2014-02-22 17:02:04)
əməliyyat sisteminin root edilməsi haqqında o qədər də məlumatım yoxdur. çalışaram tam məlumat toplayım sora root edərəm. ümumiyyətlə root ediləndən sora əməliyyat sistemində hər-hansı problem yarana bilər?

Mehman Elxanoglu (2014-02-22 13:04:16)
Bu cür proqramlar arasında ən məşhuru isə AppMgr III (App 2 SD)-dir.

Mehman Elxanoglu (2014-02-22 12:59:35)
Söylədiniz problemdən mən çıxış yolu tapmışdım. Xüsusi bir app var idi ki, bunu həyata keçirirdi. Bu cür applar çox idi, ancaq mən birinin üzərində dayanmışdım: GL to SD (root). Proqramın adından da göründüyü kimi appın işləməsi üçün ƏSin root olunması tələb olunurdu. Bu cür proqramlar çoxdur, istifadə cəhətdən bəyəndiyiniz hər hansı biri varsa, istifadə edə bilərsiniz.

Eti526 (2014-02-22 10:44:27)
Salam. Oyunları və proqramları telefonun öz yaddaşına yazdıqdan sonra daxil olun nastroykada prilojeniya bolümünə, hansı proqram və ya oyunu köçürtmək istəyirsinizsə ona daxil olun, orda seçənək olacaq, peremestit v sccard. həmin üsulla köçürə bilərsiz. qaldı ki, brauzer məsələsinə, siz yaxşı olardı ki, opera və ya chrome yükləyib ollardan istifadə edəsiniz.

Rufet092 (2014-02-22 01:06:34)
Eti526, telefonun özündə olan internet brauzerindən istifadə edirəm. siz dediyiviz дополнительно bölümünə daxil oluram yaddaş kartını seçmək üçün elə bölmə tapa bilmirəm. hackery, mən bütün faylları (mp3, video, program, oyun və.s) internetdən karta yükləməyi, həm də oyunları, proqramları karta quraşdırmağı nəzərdə tuturam. Mehman, bəli demək olar ki, siz verdiyiviz linkdəki sual ilə maraqlanıram. təssüf ki, bu tətbiq də 4.3 versiyasında həll olunub aşağı versiyada yox. sizcə başqa cür nəsə etmək mümkündür? çünki telefonun öz yaddaşı 4 GB olduğu halda özünün sistem proqramları və bəzi yüklədiyim mənə lazım olan app-lar ilə telefonun yaddaşında az yer qalıb.

Mehman Elxanoglu (2014-02-21 23:41:34)
Siz səhv etmirəmsə, bu sual ilə maraqlanırsınız. Əgər elədirsə, ƏS-in 4.3 versiyasında söylənilən problem artıq bəzi applar üçün artıq həll edilə biləndir.

hackery (2014-02-21 21:24:40)
Siz internetdən köçürdüyünüz programları deyirsiniz yoxsa bu programları telefona yazmağı nəzərdə tutursunuz

Eti526 (2014-02-21 18:52:56)
Salam. Bunun üçün hansı brauzerden istifadə edirsizsə, həmin brauzerin parametrlərini açırsız( interfeys rus dilindədirsə "nastroyka") , sonra əlavə bölümnə girirsiz ("dopolnitelno"), və yaddaşı standart olaraq yaddaş kartı seçirsiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

4.1.2 Android yüksəltmə

Androiddə silinmiş şəkilleri geri necə qaytarmaq olar?

Androiddə Oyunlar donur

Android program push notification

Bakıda Ucuz elektronik vasitələr haradan tapa bilərəm?

UnRoot Etmək