Ölkəyə elektronika məhsullarını biznes məqsədi ilə gətirmək üçün qanun

Salamlar. Mənim belə bir sualım var. Əgər gömrük komitəsində qeydiyyat olunsa o zaman ölkəyə telefonları ve ya digər elektron məhsulları gömrük rüsumu ödəməklə gətirmək olar? bildiyim qədər Gömrük_biznes əməkdaşlıqı deyilən bir kateqoriya olmalıdır. Xahiş edirəm kimin məlumatı varsa, cavablandırardı. Öncədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Eti526 (2014-02-22 10:47:45)
Cavablarınız üçün təşəkkür edirəm

E. Hacı (2014-02-21 22:06:39)
Bəli, yəqin ki aşağıdır. Amma nəzərə çatdırım ki 36% rüsum deyil, onun 18si vergidir. Qalanları isə rüsum və digər nəsə əlavə tutulmalar. 18 vergi qalır biznesdə də, qalan hissəsi bəlkə də aşağıdır

Eti526 (2014-02-21 20:51:31)
Her birinize cavabınız üçün təşəkkür edirəm. Hörmətli E.Hacı biznes məqsədli olan rüsm, adi rüsmdan (36%) yəqin aşağı olar?

E. Hacı (2014-02-21 19:47:53)
Salam. Bunun üçün qanunvericilik var və yaxşı olar ki hüquqşünas ilə və ya bu iş ilə əlaqəli peşəkarlarla əlaqə saxlayasınız. Çünki bu bir dənə məcəlləyə baxıb reallaşdırılası şey deyil. Bunun hüquqi şəxs açılması var,nizamnamə kapitalı filan, bu tip biznesə icazə almaq və.s. Bu işlər Vergilər nazirliyi ilə əlaqəlidir. Gömrükdə isə mən bilən əlavə icazə lazım deyil,sadəcə mal gətiriləndə bəyannamə verilir rüsum ödənilir biznes məqsədli mallara uyğun rüsum

Bextiyar Azeroglu (2014-02-21 19:24:10)
qanunda 1000$ a kimi icazə var nə istəsəniz gətirə bilərsiniz.

Bextiyar Azeroglu (2014-02-21 19:22:45)
çox gözəl sualdır. bildiyim qədəriylə telefonları Azərbaycana toplu şəkildə yalnız MOBİTEL gətirir hər yerə də onlar paylayır. başqa şəxslərə olmaz (belə desək bu monapoliyaya onlar baxır) amma digər elektroniks mallarını deyə bilmərəm.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Dəyəri 1000 USD dən yuxarı olan məhsul ücün gömrük rüsumu nə qədərdir

Yeni qayda,gomruk rusumu

Kosmetika mağazası açmaq.(Online və Fiziki mağaza)

Alibaba gömrük rüsumu

Blog saytı haqqında

İmport gömrüyündə saxlanılıb, səbəb: 21